Məhkəmə qərarları › İş №8(067)-59/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-59/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-59/2022 18.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2021-ci il tarixli 2(102)-1390/2021 nömrəli qərarının icrasına möhlət verilməsinə dair Borclu qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu (cavabdeh) Nübar Adıgözəl qızı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2021-ci il tarixli 2(102)-1390/2021 nömrəli qərarının icrasına 6(altı) ay müddətində möhlət verilməsi barəsində qərardad çıxarılmasın xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1390 saylı 15.03.2021-ci il tarixli icra sənədinə əsasən ondan 53.000 manat pul tutularaq Tələbkar ödənilməlidir. Əks, halda isə ünvan 1 ünvanında yerləşən evin boşaldılaraq tələbkara təhvil verilməlidir. O, tələbkarın pulunu ödəməkdən boyun qaçırmır. Lakin hazırda maddi vəziyyəti çox pis vəziyyətdədir. Qətnamənin icrası 6 ay müddətinə təxirə salınarsa o, tələbkarın pulunu ödəyəcək. Belə ki, ərinin adına, lakin girovda olan torpaq sahəsini girovan çıxararaq satıb borcu ödəyəcək. X3 2 qrup ömürlük müharibə əlilidir. 2 azyaşlı uşaqları anadan gəlmə əlildirlər. O, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ev boşaldılarsa vəziyyətləri çox pis olar. Onların başqa yaşayış yerləri yoxdur. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar məhkəmənin ünvanına ərizə (teleqram) göndərərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1390 saylı 15.03.2021-ci il tarixli qərarına əsasən barışıq sazişi təsdiq olunmuş və icraya yönəlmişdir. İş materiallarından müəyyən olunur ki, qərar üzrə hazırki günədək heç bir ödəniş edilməyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin məcəlləsinin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsi mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman tələbkarın və borclunun əmlak vəziyyətinin və ya digər halları sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Baxılan iş üzrə borclu məhkəmə qərarınn icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, tərəflərin əmlak vəziyyətinə dair təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarından görünür ki, icra sənədi 9 aya yaxındır ki, icraya yönəlib. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini nəzərə almaqla yanaşı borclunun qətnamənin icrasına möhlət verilməsi üçün əsas kimi göstərdikləri halların qərarın icrasına möhlət verilməsi üçün tutarlı səbəb kimi qəbul etmədiyindən, həmçinin tələbkar ərizə ilə razı omadığından hesab edir ki, qərarın icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu (cavabdeh) Borclu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2021-ci il tarixli 2(102)-1390/2021 nömrəli qərarının icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan alındığı gündən Xaçmaz rayon məhkəməsinə 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar