Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-61/2022 22.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 iştirakı ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1735/2020 saylı 20.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu X3 4200 manat pul və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu X5 mülkiyyətində olan Qaz 33021 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Xaçmaz rayon məhkəməsinin 8(067)-112/21 saylı 30.07.2021-ci il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb təmin olunduğu üçün 2(067)-1735/2020 saylı 20.10.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilmişdir. Odur ki, təyin edilmiş bütün məcburi icra tədbirlərinin ləğv edilməsi məqsədilə, Xaçmaz rayon məhkəməsinin 8(067)- 112/21 saylı 30.07.2021-ci il tarixli qərardadı ləğv edilərək, borclu X6 məxsus olan Qaz 33021 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1735/2020 saylı 20.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu X3 4200 manat pul və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. İş materiallarından görünür ki, X5 mülkiyyətində olan Qaz 33021 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Xaçmaz rayon məhkəməsinin 8(067)- 112/21 saylı 30.07.2021-ci il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar X1 ərizəsindən müəyyən olunur ki, X3 4200 manat pul və 30 manat dövlət rüsumu alınaraq ona verilməlidir. Borcu tam ödənildiyindən Xaçmaz rayon məhkəməsinin 2(067)-1735/2020 saylı 20.10.2020-ci il tarixli icra sənədinə əsasən borcu tam ödədiyini nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 8(067)-112/21 saylı 30.07.2021-ci il tarixli qərardadına əsasən borclu X6 məxsus olan Qaz 33021 markalı, **-BR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №8(067)-61/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-61/2022
22.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver