Məhkəmə qərarları › İş №8(067)-61/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-61/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-61/2025 22.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Maraqlı şəxs nümayəndəsi X8 iştirakı ilə, X2nın aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2363/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay bir uşağa görə tutulan cəmi 170 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2363/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 26 oktyabr 2020-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, onun xeyrinə 22 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs tutulan hər ay bir uşaq üçün cəmi 170 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.80 faiz mislində müəyyən edilməlidir. Qeyd edir ki, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşağını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Maraqlı şəxs X2nın “aliment məbləğinin indeksasiya edilməsinə dair” ərizəsinə etiraz edərək, 28 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə vermişdir. Həmin ərizənin məzmunundan müəyyən olunur ki, X7 ona qarşı 1 uşağın saxlanması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixə məhkəmə iclası keçirilmişdir. O, ərizəçinin tələbini qəbul etmir. Bildirmək istəyir ki, onun birinci ailəsindən iki azyaşlı uşağı - xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 vardır. Birinci həyat yoldaşı vəfat etmişdir. Sonradan ərizəçi ilə ailə həyatı qursa da onunla boşanmışdır. Ərizəçi ilə birgə nikahından Məleykə adlı uşaqları anadan olmuşdur. Onlar ayrıldıqdan sonra uşaq anasının himayəsində qalmışdır. Birinci həyat yoldaşının vəfatından sonra himayəsində 2 azyaşlı uşağı olduğu üçün onlara baxmaqda çətinlik çəkdiyinə görə xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən X5 ilə ailə həyatı qurmuşdur, çünki himayəsində yaşlı ata və anası vardır. Onlara baxmaqda çətinlik çəkdiyi üçün təkrar ailə həyatı qurmalı olmuşdur. X5 ilə birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X12 anadan olmuşdur. Bələ vəziyyətdə üzərinə qət edilmiş 170 manat aliment məbləğini çətinliklə də olsa valideynlərinin təqaüdündən ödəyir. Ərizəçinin tələb etdiyi minimal əmək haqqının 0.80 misli miqdarında aliment məbləğini ödəmək iqtidarında deyildir. Bu olduqca yüksək məbləğdir. Onun zənnicə ərizəçi ərizəsində minimal əmək haqqının 0,80 misli miqdarında aliment məbləği göstərilməsi reallıq deyil. Bundan başqa uşaqların saxlanılması üçün hər ay müəyyən edilmiş minimum hədd olan 246 manat hər iki valideyninin üzərinə düşən öhdəlikdir. O, özünə aid öhdəliyi çətinliklə də olsa ayda 170 manat civarında ödəməklə kifayət qədər yerinə yetirə bilər. Qalan hissə ərizəçinin öz üzərinə düşən öhdəlikdir. Ərizəçi özünün uşaq üçün üzərinə düşən öhdəliyi yerinə yetirməyə imkanı var. Ərizəçinin imkanları olduqca yüksəkdir və o, çox imkanlıdır. Lakin ərizəçi uşağa aid bütün öhdəlikləri aliment şəkilində onun üzərində qoymaq istəyir. Bu düzgün deyildir. O, minimal əmək haqqının 0,45 misli miqdarında aliment məbləğini ödəyə bilər. Hazırda onun himayəsində vəfat etmiş yoldaşından olan 2 uşağın və ərizəçidən boşandıqdan sonra ailə qurduğu qadından 1 uşağının və xəstə valideynləri olmasını nəzərə alınmasını xahiş edir. Ona görə də yuxarıda yazdıqlarını nəzərə alaraq ona qarşı ərizəçi tərəfindən irəli sürülmüş tələbin təmin edilməməsini xahiş edir. X2 “ərizəyə dəqiqləşmə aparılmasına dair” ərizə ilə 07 mart 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, məhkkəmə qətnaməsi üzrə tutulmuş 170 manat aliment məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X13 ərizəçinin tələbini qəbul etməyərək, etiraz ərizəsini müdafiə etməklə, izahatında bildirmişdir ki, oğlu ərizəçi ilə boşandıqdan sonra yenidən ailə qurmuşdur. O, bu məbləği ödəyə bilmir. Himayəsində azyaşlı uşağı var. Digər uşağını da saxlamalıdır. Məbləğ çox olarsa ödəyə bilməyəcəkir. Ərizəçi özü də işləyir. Ərizənin təmin edilməməsini xahiş edir. İş üzrə X2na məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq. O, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 noyabr 2020-ci il tarixli, 2(067)-2363/2020 saylı qətnaməsindən görünür ki, 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin gəldiyi nəticə: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1.8.4-1.-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 1.2.1. 8-4-2-ci yarımbəndə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə Xaçmaz rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(067)-2363/2020 saylı qətnaməsi çıxarılan vaxt Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən 2020-ci il üçün minimum aylıq əmək haqqı 2019-cu ilin sentyabr ayının 1-dən 250 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. X7 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Hazırkı şəraitdə ayda 170 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, 25 noyabr 2020-ci il tarixdə qəbul edilmiş Xaçmaz rayon Məhkəməsinin 2(067)-2363/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqlar - 22 iyul 2017-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, məhkəmə tərəfindən indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2020-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0.68 mislini təşkil etdiyi nəzərə alınaraq, tutulan alimentin məbləği ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş 400 manat məbləğində minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli və Xaçmaz rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(067)-2363/2020 saylı qətnaməsi ilə X7 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 170 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(067)-2363/2020 saylı qətnaməsi ilə X7 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 22 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 170 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar