Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-617/2025 07.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, Tələbkar «ödənilməli pul məbləğinin indeksasiya edilməsinə» dair ərizəsinə baxaraq, müəyyən etdi: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(067)-973/2019 saylı qətnaməsinə əsasən Borclu tərəfindən ödənilməyən 663 manat pul məbləğinin indeksləşdirilərək, 2019-cu il tarixdən 2025-ci ilin iyun ayınadək 144,7 faiz artımı (653 manat x 144,7 % = 959,36 manat) nəzərə alaraq, cəmi 1622,36 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsi tərəfimdən araşdırılarkən müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikası MPM-nin 150.1.1-ci maddəsinin tələbinə riayət etmədən ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, ərizədən görünür ki, tələbkar borclunun və üçüncü şəxslərin sayına görə ərizəsinin surətlərini ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hesab edirəm ki, mülki prosessual qanunvericilikdə pul məbləğinin indeksasiyasına dair ərizənin geri qaytarılması nəzərdə tutulmadığından, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən, yəni iddia ərizəsinin qaytarlmasını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin norması tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, Tələbkar ərizəsinə borclunun və üçüncü şəxslərin sayına görə ərizəsinin surətlərini əlavə etmədiyindən, onun ödənilməli pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Tələbkara izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla indeksasiya barədə ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Tələbkar «ödənilməli pul məbləğinin indeksasiya edilməsinə» dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkara göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-617/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-617/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver