Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-62/2022 18.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2500/2015 saylı 27.07.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 3608.94 manat borc tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu adına olan Qaz 3302 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu adına olan Qaz 3302 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi xahiş olunmuşdur. Məhkəmə təqdimatı nəzərdən keçirərək hesab edir ki, daxil olmuş əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimat geri qaytarılmalıdır. Belə ki, eyni məzmunda təqdimatla artıq bir dəfə məhkəmə tərəfindən baxılaraq 8(067)- 49/2022 nömrəli 06 aprel 2022-ci il tarixli müvafiq qərar qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsinə dair təqdimat geri qaytarılsın. Qərardan elan olunduqdan sonra 3 (üç) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №8(067)-62/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-62/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver