Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-62/2024 26.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, X1nın iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(067)-2769/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)- 2769-2023 nömrəli xx.xx.12023 ci il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissəhissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X4 ərizədə göstərmişdir ki, Tələbkar iddiaçı qismində ona qarşı pul tələbi ilə iddia qaldıraraq 8900 manat məbləğində pul və ödənilmiş 109 manat dövlət rüsumu alınaraq ona ödənilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsi 2(067)-2769-2023 nömrəli xx.xx.12023 ci il tarixli qətnaməsi ilə göstərilmiş məbləğin tələbkara ödənilməsi barədə qətnamə qəbul etmişdir. Bununla bağlı bildirir ki, borcu birdəfəlik tam şəkildə ödəyə bilmir, özü müvəqqəti olaraq işsizdir, qız övladı ağır xərçəng xəstəsidir, hətta müalicəsinə belə maddi imkanı çatmır. Məhkəmə qətnaməsini icra etməkdən yayınmır, lakin həmin borcu ən azı hər ay 300 manatdan olmaqla növbəti aylarda 500 manatadək tələbkara ödəniş etməyə imkanı çatacaqdır. Tələbkara və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında X4 göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(067)-2769/2023 saylı icra sənədi üzrə tələbkara ayda 300 manat ödəyə bilər. Çünki özü onkoloji xəstədir, övladı xəstədir. Oğlunun adına olan krediti bağlayıb 7-8 aydan sonra kredit götürüb bu məbləğin bir hissəsini bağlayar. Amma hazırda ödəyə bilmir, oğlunun adına olan kreditin heç olmasa yarısını ödəməlidir ki, yeni kredit ala bilsin. Özü xalça toxuyub satır. Ancaq bu iş bir günə başa gəlmir, uzun müddətə bitir. Uşağının başında damarları partlayıb. Onu ya Türkiyəyə ya da İsrailə müalicəyə aparmalıdır, amma maddi imkansızlıqdan apara bilmir. Ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iş üzrə borclu əmlak vəziyyətinin ağır olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən və hər ay hissə-hissə pulun ödənilməsi tələbkarın manefeyinə zidd olduğundan ərizənin təmin olunmaması məqsədəuyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 Xaçmaz rayon məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(067)-2769/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən Xaçmaz rayon məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Hakim Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №8(067)-62/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-62/2024
26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver