Məhkəmə qərarları › İş №8(067)-62/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-62/2025

28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-62/2025 28.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 iştirakı ilə, X1 aliment məbləğinin indeksasiya edilməsinə aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-840/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs1 hər ay hər uşağa görə tutulan 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs1 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-840/2018 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşma çatana kimi saxlanması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən başlayaraq Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 manat sabit məbləğdə aliment alınaraq X4 verilməlidir. Hesab edir ki, onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat aylıq minimum əmək haqqı məbləğində müəyyən edilməlidir. Cavabdeh Maraqlı şəxs1 maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin, xx.xx.2018-ci il tarixli 2(067)-840/2018 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşağa görə tutulan 150 manat sabit məbləğində aliment alınaraq X3 qızına verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2018-ci il üzrə müəyyən edilmiş 130 manat məbləğində minimum aylıq əməkhaqqının 1,15 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası aparılaraq qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 1,15 misli həddində (400x1,15=460 manat) müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-840/2018 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü Maraqlı şəxs2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs1 X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 1,15 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar