Məhkəmə qərarları › İş №8(067)-63/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-63/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-63/2024 29.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İcra sənədi üzrə borclu X1, Borclunun vəkili və nümayəndəsi Nümayəndə1, İcra sənədi üzrə tələbkar Maraqlı şəxs6 iştirakları ilə, Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli aktının qanunsuz hesab edilməsi barədə X1 şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İcra sənədi üzrə borclu X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixdə icra prosesinin keçirilməsi və torpağın bölünərək tələbkara təhvil verilməsi barədə tərtib etdiyi aktın qanunsuz hesab edilməsi və tərəflərlə birlikdə sonrakı prosesual hərəkətlər yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4435/2017, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X4 tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0.57 ha torpaq sahəsi X2 qanunsuz istifadəsindən alınaraq Daştəmirov Rəşid Balasoltan oğluna verilməlidir. Göstərilən məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra prosesi zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsindən daxil olmuş məktubda qeyd edilmişdir ki, tələb olunan torpaq sahəsinin yerləşdiyi yerin coğrafi mövqeyi, kordinatları, bölgü sxemi göstərilmədiyi üçün mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə icra sənədinin icrası mümkün deyil. Göstərilənlərə əsasən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan sənəd kimi bir neçə dəfə məhkəməyə geri qaytarılmış və Məhkəmə ümumi əsaslarla yəni mahiyyəti üzrə deyil, yalnız prosesual hərəkətlərin düzgün aparılması hissəsinə toxunaraq həmin qəralar ləğv edilib iş yenidən icraya yönəldilmişdir. Göründüyü kimi İcra vərəqəsində göstərilən Rəşid Daşdəmirova məxsus mülkiyyət hüququ ilə təsdiq edilmiş torpaq sahəsi müəyyən edilməmiş, ümumiyyətlə elə bir hüquq müəyyən edici sənəd yoxdur. Məlumat üçün bildirir ki, həmin iş üzrə ölmüş tələbkarın beş hüquqi varisi var və həmin şəxslər İcra şöbəsinin qərarına əsasən tələbkar kimi tanınmışdır. Həmin beş tələbkardan üçü ona həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermiş və icra sənədi üzrə tələbdən onun xeyrinə imtina etmişdir. Lakin istifadəsində zəbt olunmuş torpaq sahəsi olmasada məhkəmə qərarına hörmətlə yanaşdığı və icrası üçün çalışdığından tələbkarların ailə üzvlərinə məxsus torpaq sahəsi ilə sərhəddə üç cərgə fındıq ağacları yerləşən 0.57 ha torpaq sahəsini tələbkarlara verilməsinə etiraz etmir və həmin tələbkarların torpaq sahəsindən istifadə etməsinə tərəfindən heç bir maneə yaradılmamaqdadır. Bu barədə o ərizə ilə Maraqlı şəxs1nə müraciət etmişdir. İcra məmuru xx.xx.2024-cü il tarixdə icra prosesi təyin etmiş, həmin prosesə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsini dəvət edilmiş, lakin mütəxəsis yenidən kordinat və coğrafi mövqe olmadığından icra prosesinə gəlməmişdir. Bu zaman icra məmuru kefi belə istəyir yolu ilə işi icra etməyə cəhd etmiş, tələbkarlardan birinin hansısa mənşəyi bilinməyən MMC-dən aldığı rəyə əsasən bölgü aparmışdır. İcra sənədi üzrə beş tələbkar olsada icra məmuru digər tələbkarlara məlumat vermədən özbaşına qanunsuz olaraq bölgü apraraq mütəxəsisin iştirakı olmadan torpaq sahəsini onu maraqlandıran tələbkara təhvil vermişdir. Bu zaman tərtib etdiyi akta dəvət edilmiş polis əməkdaşı da etiraz edərək imzalamaqdan imtina etmişdir. Bundan qabaq xx.xx.2023-cü il tarixdə təyin olunan prosesdə icra məmuru özü kordinatlar və coğrafi mövqe məlum olmadığından və həmin mübahisəli torpaq sahəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında iş olduğunu əsas gətirərək prosesi təxirə salmışdır. Hazırda Sumqayıt Apellyasiya məhkəməsində gedən iş yekunlaşmamışdır. Həmin proses zamanı tələbkarlarda biri Həmin MMC-nin rəyini 'icra məmuruna təqdim etsədə icra məmuru həmin rəyin qanunsuz olduğunu bildirərək, həmin rəyə əsaslanmamışdır. Sonradan həmin rəyə əsaslanma səbəbi yəqin ki hamıya məlum olan səbəbdəndir. Həmin 'icra prosesi tərəfindən video lentə alınmışdır. Məlumat üçün bildirir ki, həmin MMC-nin verdiyi rəyin etibarsız hesab edilməsi ilə bağlı tərəfindən Nizami rayon məhkəməsinə müraciət olunmuş, Nizami rayon məhkəməsinin qərarına əsasən həmin rəyin məhz icra icraatı zamanı dəvət edilmiş mütəxəsis tərəfindən verilmədiyi üçün heç bir hüquq müəyyən edici qüvvəsi olmadığına əsaslanaraq iş məhkəmə icraatına götürülməmişdir. Göründüyü kimi icra məmuru tələbkarlardan birinin nümayəndəsinin sifarişlərini yerinə yetirərək qanunsuzluqlara yol verir. Həmçinin bildirir ki, göstərilən icra vərəqəsinin icrası ilə bağlı Xaçmaz Layihə- Tədqiqat idarəsinin rəyinə əsasəndə icra sənədinin icrasının mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi İcra məmuru dövlət orqanları tərəfindən verilmiş rəylərə istinad etməkdənsə, tələbkarın təqdim etdiyi MMC-nin rəyinə qanunsuz olaraq istinad etmişdir. İcra icraatı zamanı tələbkarın hüquqları olduğu kimi, borclunun hüquqlarıda vardır. Lakin icra məmuru bu hüquqları kobud şəkildə pozaraq qanunsuz olaraq öz şəxsi maraqları naminə işi icra etməyə çalışır. Məhkəmə iclasında borclunun vəkili və nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu nümayəndəsi və vəkilinin dediklərini təsdiq edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında martələbkar Maraqlı şəxs6 ərizədə göstərilənləri qəbul etməyərək, ərizənin təmin olunmamasını xahiş etdi. İş üzrə digər maraqlı şəxslər Maraqlı şəxs5, Daştəmirova Gülnar Rəşid qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs1nə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, hesab edir ki, X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədi üzrə borclu X4 tələbkar və icra məmuruna torpaq sahəsinə daxil olmağa imkan verməmiş, icra məmuruna maneçilik törətmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrinin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliy ilə nəzərdə tutulmuş qadadad məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Bu Qanunun23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Ərizədən görünür ki, ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icra məmuru tərəfindən düzgün icra edilməməsindən narazıdır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə araşdırması zamanı sorğu vasitəsilə müvafiq icra işi tələb edilmişdir. Göründüyü kimi, icra sənədinin icrası prosesində hər hansı qanunsuzluq aşkar edilməmiş, qanuni qüvvəsini almış məhkəmə aktının uzun müddətdir icrası mümkün olmamışdır. İcra məmurlarının hansı qanunsuzluq törətməsi barədə şikayət ərizəsinə hər hansı mötəbər sübut əlavə edilməmişdir. X1 şikayət ərizəsi formal mülahizələrə əsaslanır və qanuni qüvvəsini almış məhkəmə aktının icrasının yubadılmasına xidmət edir. Halbuki Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bundan başqa borclu tərəf mübahisə ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında torpaq sahəsinin koordinatlarının müəyyən olunması ilə bağlı iş olduğunu bildirsə də, icra hərəkətlərinin dayandırılması ilə bağlı müvafiq icra orqanına müraciət etmək əvəzinə, icra hərəkətlərinin həyata keçirilməsinə maneçilik törədilməsi ilə bağlı tərtib edilmiş aktın qanunsuz hesab edilməsi ilə bağlı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən aktdan görünür ki, 31 yanvar 2024-cü il tarixində tərtib olunmuş akt sadəcə olaraq borclu tərəfindən tələbkar və icra məmurunun torpaq sahəsinə daxil olmasına imkan verməməsi və icra məmuruna maneçilik törətməsi ilə bağlı tərəflər və hal şahidlərinin iştirakı ilə tərtib olunmuşdur və bu akt tərəflər üçün hər hansı bir hüquq və vəzifə yaratmamaqla onların hər hansı bir şəkildə mənafelərinə toxunmur. Göründüyü kimi icra məmuru həmin aktı tərtib edərkən hər hansı bir qanunsuzluq törətməmiş, icra prosesi zamanı aşkar olmuş halları müvafiq qaydada sənədləşdirməklə akt tərtib etmişdir. Qeyd olunan aktın məhkəmə qaydasında ləğv olunmasına heç bir hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar