Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-642/2025 12.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və X1 iştirakı ilə, X1 «aliment məbləğinin indeksasiya edilməsinə dair» ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(067)-191/2021 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tutulan hər ay 170 manat sabit məbləğdə alimentin indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizəsini təqdim edərək, aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin geri qaytarılması barədə X3 ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanmaldır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericilikdə aliment məbləğinin indeksasiya edilməsinə dair ərizənin baxılmamış saxlanmasını tənzimləyən hüquq norması nəzərdə tutulmadığından, həmin münasibətlərə analoji münasibətləri tənzimləyən, yəni iddia ərizəsinin baxılmamış saxlanmasını nəzərdə tutan Mülki- Prosessual Məcəlləsinin 259-cu maddəsi tətbiq edilməli və X2 ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, onun aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 «aliment məbləğinin indeksasiya edilməsinə dair» ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-642/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-642/2025
12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver