Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-646/2025 18.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu «məcburi qaydada gətirilməsinə dair» Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(067)-2698/2024 saylı icra sənədinə əsasən X3, X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 avqust 2024-cü ildən başlayaraq cavabdeh Borclu hər ay, hər uşaq üçün 160 manat məbləğda sabit aliment alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd olunan icra vərəqəsi 15 noyabr 2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Xaçmaz rayonu, Niyazoba kəndinə göndərilmişdir. Borcluya Xaçmaz rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə xəbərdarlıq göndərilsə də, o, gəlməkdən boyun qaçırmış, icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. Təqdimatla müraciət etmiş şəxs - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə, Borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimatla müraciət etmiş şəxs - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, borclunun və tələbkarın iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla müraciət etmiş şəxsin izahatını dinləyib, təqdimatı və ona əlavə olunan sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(067)-2698/2024 saylı icra vərəqəsindən müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 avqust 2024-cü ildən başlayaraq cavabdeh Borclu hər ay, hər uşaq üçün 160 manat məbləğda sabit aliment alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 14 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından, 14 noyabr 2024-cü il tarixli bildirişdən, 17 iyul 2025-ci il tarixli xəbərdarlıqdan və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(067)-2698/2024 saylı icra vərəqəsi üzrə icraata başlanmış və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş, borclu digər qaydada, yəni atasına təqdim edilməklə, icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ”borclunun məcburi gətitilməsi haqqında” 01 avqust 2025-ci il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz rayonu, Niyazoba kəndində yaşayan Borclu məcburi qaydada Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Həmin qərar Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş, borclu digər qaydada, yəni atasına təqdim edilməklə, ”borclunun məcburi gətitilməsi haqqında” 01 avqust 2025-ci il tarixli qərarı 12 avqust 2025-ci il tarixdə qəbul etmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 84.3.-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun qeyd olunan normasının müddəasından görünür ki, borclunun barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirinin tətbiq olunması üçün zəruri şərt olaraq borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması göstərilmişdir. Məhkəmə hesab edir ki, Borclu icra məmurunun çağırışlarına gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığından, Borclu məcburi qaydada gətirilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməli və borсlu Borclu məсburi qaydada Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Niyazoba kəndində qeydiyyatda olan Borclu məсburi qaydada Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardad dərhal iсra edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun iсrasını dayandırmır. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-646/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-646/2025
18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver