Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-650/2025 23.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, X3nın və Maraqlı şəxs2 iştirakları ilə, X3nın «aliment məbləğinin indeksasiya edilməsinə dair» ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Uzunoba İnzibati Ərazi Dairəsi, Krasnı Xutor kəndində yaşçayan cavabdeh Maraqlı şəxs2 08 iyun 2008-ci il tarixdə anadan olmuş X2 üçün Xaçmaz rayon Məhkəməsinin 2(067)-2333/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması və Maraqlı şəxs2 tutulan aliment miqdarının Respublikada müəyyən edilmiş minimum əmək haqqının 0.60 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2333/2022 saylı qətnaməsi ilə onun cavabdeh Maraqlı şəxs2 qarşı birgə nikahdan 21 avqust 2004-cü il tarixdə anadan olmuş X7 və 08 iyun 2008-ci il tarixdə anadan olmuş X6 onun himayəsində saxlanması və aliment tələbinə dair iddiası qismən təmin olunmuş, uşaqlar onun himayəsində saxlanmış və uşaqların saxlanması üçün cavabdehdən 18 iyul 2022-ci il tarixdən hesablanmaqla hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment alınaraq ona ödənilməsi qət edilmişdir. 2022-ci ildə, cavabdeh Maraqlı şəxs2 onun xeyrinə aliment tutulması qət edilərkən Respublikada müəyyən edilmiş minimum əmək haqqı 300 manat təşkil emişdir. Bu hesabla 2022-ci ildə təyin edilmiş 175 manat sabit pul məbləğində aliment Respublikada müəyyən edilmiş minimum əmək haqqının 0.60 misli təşkil etmişdir. 2025-ci ildə Respublikada müəyyən edilmiş minimum əmək haqqı 400 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsini müdafiə edərək və eyni məzmunlu izahat verməklə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəçinin tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, hazırda iş yeri yoxdur. 250 manat aliment ödəməyə maddi imkanı çatmır. Alimentin indeksasiya olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarnı dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 sentyabr 2022-ci il tarixli, 2(067)-2333/2022 saylı qətnaməsindən görünür ki, 08 iyun 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 iyul 2022-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs2 hər ay cəmi 175 manat sabit pul şəklində aliment alınaraq X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin gəldiyi nəticə: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1.8.4-1.-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 1.2.1. 8-4-2-ci yarımbəndə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 08 iyun 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs2 hər ay 175 manat sabit pul şəklində alimentin tutulması barədə Xaçmaz rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-2333/2022 saylı qətnaməsi çıxarılan vaxt Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2022-ci il tarixli sərəncamına əsasən 2022-ci il üçün minimum aylıq əmək haqqı 2022-ci ilin yanvar ayının 1-dən 300 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. X8 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs2 08 iyun 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunaraq müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Hazırkı şəraitdə ayda hər uşaq üçün 175 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyrimümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, 08 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş Xaçmaz rayon Məhkəməsinin 2(067)-2333/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaq - 08 iyun 2008-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul şəklində alimentin tutulması qət edildiyindən, məhkəmə tərəfindən indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0.58 mislini təşkil etdiyi nəzərə alınaraq, tutulan alimentin məbləği ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş 400 manat məbləğində minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə ərizənin təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, ərizəçi tərəfindən qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə verilməsinə baxmayaraq, əsassız olaraq eyni zamanda aliment məbləğinin hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.60 misli həddində müəyyən edilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Hazırkı halda aliment məbləğinin indeksasiyası dedikdə, alimetin hər hansı məbləğdə artırılması deyil, istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə ölkə üzrə minumum əmək haqqına uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli və Xaçmaz rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(067)-2333/2022 saylı qətnaməsi ilə X8 ilə Maraqlı şəxs2 arasındakı birgə nikahdan doğulmuş 08 iyun 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 175 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(067)-2333/2022 saylı qətnaməsi ilə X8 ilə Maraqlı şəxs2 arasındakı birgə nikahdan doğulmuş 08 iyun 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 175 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-650/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-650/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver