Məhkəmə qərarları › İş №8(067)-66/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-66/2022

06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-66/2022 06.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Borclu iştirakı ilə, Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək ondan 8800 manat dəyərində qızılzinət əşyaları və yaxud onları dəyəri alınaraq X2 verilməsinə dair qətnamənin tərəfindən hissə-hissə icra olunaraq hər ay ondan 500 manat pul iddiaçıya verilməsi üsulu ilə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışlar ki, cavabdeh olaraq ondan iddiaçıya məxsus olan əmlakları - şkaf, çarpayı, kamod, iki ədəd tumba - cəmi dəyəri 3100 manat, xalça - 300 manat, pərdə 450 manat, çilçıraq- 350 manat, üç ədəd pakrival (Qara pakrıval - 1100 manat, ağ pakrıval 650 manat, qırmızı pakrıval - 450 manat), dəsmallar, yataq örtüyü dəstləri, yastıqlar, yorğanlar, döşək, süfrələr, vazalar, süvenirlər, divan - 1200 manat, pərdə-400 manat, xalça - 850 manat, stol, stul dəsti -1600 manat, televizor - 2500 manat, çilçıraq - 650 manat, şkaf 1300 manat , çilçıraq - 400 manat, pufık, xalça - 350 manat, manikür aparatları - 500 manat, mətbəx mebeli - 5000 manat, stol, stul- 400 manat, paltaryuyan maşın - 1500 manat, soyuducu - 1500 manat, qaz sobası - 650 manat, asperator - 450 manat, ət çəkən - 350 manat, şirə çəkən maşın - 280 manat, blender - 280 manat, 2 cür çayniklər (110-150 manat), qazan naboru - 350 manat, serviz naborları - 450 manat, toster - 150 manat, mikrovalnovka - 250 manat, xalça - 290 manat, jaluzlər - 210 manat, pərdə - 380 manat, suvenirlər, vazalar, tozsoran- 650 manat, vaza -110 manat, meyvə qabları, tort qabı - 150 manat, ləbləbi qabı - 180 manat, xrustallar- 180 manat, şəkər tozu qabları - 75 manat, mürəbbə qabı - 95 manat, razetkalar - 65 manat, süfrələr - 375 manat, stəkanlar - 45 manat, duz qabı - 55 manat, sok bardaqları - 35 manat, qaşıq naboru -180 manat, fujerlər - 95 manat, qızıllar (komplekt sep onluqla, 2 ədəd üzük, sırğa, qolbaq) cəmi 10.000 manat, cehiz və qızıl-zinət əşyalarının, həmin əşyalar olmadığı halda dəyərlərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(067)-313/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı bundan sonra həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)- 1813/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və apellyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(105)- 1813/2021 saylı qətnaməsinə əsasən, cavabdeh olaraq ondan şkaf, çarpayı, kamod, iki ədəd tumba - cəmi dəyəri 2600 manat, xalça (2x3) - dəyər 280 manat, pərdə dəyəri 400 manat, çilçıraq (8 şamdan)- 300 manat, üç ədəd pakrival (Qara pakrıval -900 manat, ağ pakrıval 500 manat, qırmızı pakrıval - 400 manat), dəsmallar, yataq örtüyü dəstləri, yastıqlar, yorğanlar, döşək, süfrələr, vazalar, süvenirlər dəyəri 800 manat, yumşaq künc divanı - 750 manat, pərdə -400 manat, xalça (3x4)- 650 manat, stol, stul dəsti -1600 manat, televizor LG 106 D - 900 manat, çilçıraq 12 şamdan- 450 manat, şkaf (koridar, dəhliz) -1050, çilçıraq 8 şamdan- 300 manat, pufik, xalça (2x3)- 280 manat, manikür aparatları - 400 manat, mətbəx mebeli dəsti - 4300 manat, stol, stul- 400 manat, paltaryuyan maşın Boch-950 manat, soyuducu Boch - 950 manat, qaz sobası - 650 manat, aspirator - 220 manat, ət çəkən - 300 manat, şirə çəkən maşın - 280 manat, blender - 90 manat, 2 cür çayniklər (80+60) manat, qazan naboru - 350 manat, serviz naborları - 450 manat, toster - 120 manat, mikrovalnovka - 230 manat, xalça (2x3)- 290 manat, jaluzlər - 210 manat, pərdə - 380 manat, suvenirlər, vazalar 200 manat, tozsoran- 650 manat, vaza -110 manat, meyvə qabları- 130 manat, tort qabı - 150 manat, ləbləbi qabı - 180 manat, xrustallar - 160 manat, şəkər tozu qabları - 55 manat, mürəbbə qabı - 85 manat, razetkalar - 45 manat, süfrələr - 300 manat, stəkanlar - 30 manat, duz qabı - 25 manat, sok bardaqları - 35 manat, qaşıq naboru-180 manat, fujerlər - 95 manat, qızıllar (komplekt sep onluqla, 2 ədəd üzük, sırğa, qolbaq) cəmi 8.800 (səkkiz min səkkiz yüz) manat əşyalar və ya onların dəyəri, ödənilmiş dövlət rüsumu 30 manat alınıb iddiaçı X4ma verilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı cehiz əşyalar, yəni ev əşyalarını təqdim etməyə hazırdır və iş üzrə tələbkar tərəf istənilən razılaşdırılmış tarixdə həmin əşyaları təhvil ala bilər. Lakin, qızıllar (komplekt sep onluqla, 2 ədəd üzük, sırğa, qolbaq) cəmi dəyəri 8.800 (səkkiz min səkkiz yüz) manat olan tələblə bağlı bildirmək istəyir ki, həmin əşyalar onda yoxdur, bu səbəbdən onları təqdim edə bilmir. Belə olduğu təqdirdə qətnamədə də göstərildiyi kimi həmin qızıl əşyalarının əvəzi olan 8.800 manat pulu tələbkara ödəməyi tələb olunur. Bununla bağlı hazırda 8.800 manat məbləğində pul vəsaitini iş üzrə tələbkar tərəfə ödəməyi mümkün deyidir. Buna səbəb maddi imkanının yetərli dərəcədə olmamasıdır. Belə ki, hal-hazırda heç bir yerdə işləmir və heç bir yerdən əlavə gəlir əldə etmir. Bundan başqa mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak, nəqliyyat vasitəsi, bank hesablarında nağd pul vəsaitim yoxdur. Göstərilənlərə görə qızılların əvəzini ödəmək üçün nağd olaraq hazırda 8.800 AZN pul vəsaiti yoxdur. Qeyd olunanlara baxmayaraq qətnaməni icra etmək üçün göstərilən qızılların əvəzinə ödənilməli olan pul vəsaitini aylıq 250 (iki yüz əlli) manat olmaqla ödəyə bilər. Belə ki, aylıq gəliri olmadığı üçün hazırda yalnız göstərdiyi məbləğdə qətnamənin icrası üçün pul ödəyə bilər. Daha çox qazanc əldə etdiyi halda qətnaməni icra edə bilmək daha artıq pul vəsaitini ödəyərək qətnaməni daha tez müddətdə icrasını təmin edəcək. Tələbkara olan məbləği hər ay 250 manat hesabı ilə ödəməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında borclu ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Tələbkar və Xaçmaz rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş üzrə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(105)-1813/2021 saylı qətnaməsindən görünür ki, X1 apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(067)-313/2021 saylı qətnaməsi ləğv edilərək, X1 cavabdeh Borclu qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə borclu əmlak vəziyyətinin ağır olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən, hər ay hissə-hissə pulun ödənilməsi tələbkarın manefeyinə zidd olduğundan və qətnamənin qəbul olunduğu tarixdən uzun müddət keçdiyindən ərizənin təmin olunmaması məqsədəuyğundur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, borclu tərəf hər ay 500 manat ödəyəcəyi tədqirdə qətnamənin tam icra edilməsi üçün uzun müddət tələb olunacaqdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən Xaçmaz rayon məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar