Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-661/2025 22.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin saylı, xx.xx.2022-ci il tarixli, 2(067)-2271/2022 saylı icra sənədinə əsasən Borclu tutulmalı olan “pul məbləğinin indeksasiyası” haqqında Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xacmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2271/2022 saylı qətnaməsi ilə Borclu 500 manat pul məbləğinin, 10 manat məbləğində cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Xacmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2271/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2271/2022 saylı, 21,09.2022-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 540 manat məbləğ indeksləşdirilərək 2022-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 114 faiz artımı (540 AZN x 114 % = 615,6 AZN) nəzərə alaraq cəmi 1155,6 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2271/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qərarına əsasən, Borclu cəmi 540 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 540 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. İş üzrə ərizəçi məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək işə iştirakı olmadan baxılaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə Borclu, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Borclu 500 manat məbləğində əsas, 10 manat məbləğində cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməsi qət edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasına dair çıxarışdan görünür ki, 2025-ci ilin aprel ayında 2022-ci ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 114.0 faiz təşkil etmiş, yəni, qiymətlərin səviyyəsi 14.0 faiz artmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tə’əb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. “Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”da hesablamanın nəticəsindən müəyyən edilmişdir ki, 2025-ci ildə aprel ayında 2022-ci ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 114.0 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 14.0 faiz artmışdır Məhkəmə qeyd edir ki, hazırki ərizə ilə Tələbkar Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulmalı olan 540 manat pul məbləğinin indeksləşdirilərək 2022-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 114 faiz artımı (540 manat x 114% = 615.6 manat) nəzərə alaraq, cəmi 1155.6 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərkən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləği həmin məbləğin indeksasiya edilməsi ilə alınan indeksasiya olunmuş məbləğlə toplayaraq, borcludan eyni məbləği, yəni 540 manat qətnamə ilə müəyyən olunmuş pulu 2 (iki) dəfə tələb etmiş olur. Bu hal isə özlüyündə borclunun əlavə əmlak məsuliyyətinin artmasına səbəb olacaq və ədalətli olmayan şəkildə tələbkarın bir borc məbləğində münasibətdə 2 dəfədən çox olmaqla əsassız varlanmasına gətirib çıxaracaqdır. Lakin borc məbləğinin indeksasiyası istehlak qiymətlərinin səviyyəsinin artımına mütənasib olduğundan yalnız həmin məbləğə münasibətdə yaranmış artımın əsasında yaranan məbləğ əsas borc məbləği hesab olunmalıdır. İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorda hesablamanın nəticəsində müəyyən edilmiş 2025-ci ildə aprel ayının 2022-ci ilin sentyabr ayına nisbətən istehlak qiymətlərinin indeksinin 114 faiz təşkil etməsini nəzərə alaraq, Tələbkar tərəfindən ərizə ilə tələb olunan 540 manat məbləğin 114 faizə nisbəti indeksasiya olunan məbləğ olaraq hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin 2(067)-2271/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 540 manat məbləğ üzrə indeksasiya həyata keçirilməlidir. Beləlikə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab ki, ərizə qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin 2(067)-2271/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən tutulmalı olan 540 manat məbləğ üzrə indeksasiya həyata keçirilməli və Borclu 615 (540 manat x 114% = 615.60 manat) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 2(067)-2271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 540 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək Borclu Tələbkar xeyrinə ümumilikdə 615.60 manat (həmin qətnamə üzrə məbləğ nəzərə alınmaqla) məbləğində pul vəsaiti tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-661/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-661/2025
22.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver