Məhkəmə qərarları › İş №8(067)-667/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-667/2025

19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-667/2025 19.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tələbkar ödənilməli pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə baxaraq, m ü ə y yə n e t d i : Tələbkar ərizə ilə məhkəməyə müraçiət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2297/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 903 manat məbləğ indeksləşdirilərək 2018-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 151 faiz artımı (903 AZNx151%=1363,53 AZN) nəzərə alaraq cəmi 2266,53 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad cıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2297/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 Nürəddin oğlundan cəmi 903 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi, tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 903 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiqpul məbləğninin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə münasibətdə tətbiq edilə bilər. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2297/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 903 manat məbləğ indeksləşdirilərək, 2018-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 15 , faiz artırnı (903 AZN x 151%=1363,53 AZN) nəzərə alaraq cəmi 2266,53 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. İş üzrə Tələbkar məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, ərizəni və iş materiallarını tədqiq edib hesab edir ki, tələbkarın ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İş materiallarından müəyyən olunur ki, qətnamə üzrə borclunun tələbkara 903 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2297/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehlər borclular Borclu1 və Borclu2 Nürəddin oğlundan tutulmalı olan məbləğ 903 manat məbləğində müəyyən edilsə də, ötən müddət ərzində həmin pul vəsaiti tam şəkildə tələbkara ödənilməmişdir. Hazırda isə həmin öhdəliyin 903 manatı icra edilməyib. Bununla yanaşı, məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hazıradək Azərbaycan Respublikasında istehlak qiymətlərində artma baş vermişdir. -istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatordan müəyyən olunur ki, 2025-ci ildə aprel ayinda 2018-ci ilin iyun ayına nisbətən isetehlak qiymətləri indeksi 151.0 faiz təşkil etrniş, yəni qiymətlərin səviyyəsi 51.0 faiz artmışdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksləşdirilməsinə dair tələbkarın ərizəsi qismən əsaslıdır. Borclular tərəfindən ödənilməmiş qalan 903 manat məbləğində pul vəsaiti 2018-ci ildən 2025-ci ilədək indeksləşdirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin Xacmaz Rayon Məhkəməsinin 2(067)-2297/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarına əsasən Tələbkar xeyrinə tutulmalı olan 903 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək borclular Borclu1 və Borclu2 Nürəddin oğlundan Tələbkar xeyrinə ümumilikdə 1363,53 manat məbləğində pul vəsaiti tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar