Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-67/2024 13.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-1964/2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(067)-1964/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024cü il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(067)-1964/2023 saylı icra sənədinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 12453,20 manat məbləğində pul vəsaiti və 127,76 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(067)-1964/2023 saylı icra sənədinə əsasən borcu hazırda işləmədiyi üçün ödəyə bilmir. Ölkə hüdudlarını tərk etmək fikri yoxdur. Hazırda xaricə səfər etmək üçün xarici pasportu da mövcud deyil. Həmin borcu tam ödəyə bilmir, lakin borcu ödəməkdən də boyun qaçırmır. Borcu hissə-hissə ödəyə bilər. Təqdimatın təmin edilməsinə etiraz etmir. İş üzrə tələbkar və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktublar çatdırılmasına baxmayaraq, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tələbkar və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-1964/2023 saylı icra vərəqəsinə əsasən Borclu 12453,20 manat məbləğində pul vəsaiti və 127,76 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməsi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, izahatdan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-1964/2023 saylı icra sənədinə əsasən ondan 12453 manat kredit borcu və 127,76 manat ödənilmiş dövlət rüsumu tutlaraq iş üzrə ondan tutularaq Tələbkar ASC-yə verilməlidir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən məlumatlıdır. Qeyd etmişdir ki, icra sənədində qeyd olunan borcdan heç bir ödəniş etməmişdir və hər ay 100 manat ödəyə bilər. İcra sənədinə qeyd olunan borcu ödəmədiyi halda barəsində tətbiq olunacaq məcburi icra sənədlərinin tətbiq olunacağı həmçinin İXM-nin 528-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbkarın ərizəsindən görünür ki, cavabdeh tərəfindən icra sənədi üzrə bu günədək heç bir ödəniş edilməmiş, icra sənədi üzrə hazırda borclunun 12580.96 manat borcu vardır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1991-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqdimat təmin edilsin. xx.xx.1991-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-67/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-67/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver