Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-681/2025 28.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X6 və Maraqlı şəxs iştirakları ilə, X3 Maraqlı şəxsd oğlunu maraqlı şəxs qismində cəlb etdiyi «aliment məbləğinin indeksasiya edilməsinə dair» ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 3233/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay uşağa görə tutulan 175 manat sabit pul məbləğində aliment indeksasiya edilərək məhkəmənin qərarının qanuni qüvvəsinin aldığı tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, X2 Kamran Əhməd oğlu ilə 10 avqust 2012-ci ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 26 aprel 2013-cü il təvəllüdlü X9 və 17 yanvar 2017-ci il təvəllüdlü X13 adlı 2 övladı anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3233/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş və Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 175 ( bir yüz yetmiş beş ) manat olmaqla cəmi 350 ( üç yüz əlli) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmuşdur. Hesab edir ki, onun xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs 2025-ci il üçün müəyyən olunmuş 400 manat minumum əmək haqqı məbləğinə uyğun indeksassiya olunmalıdır. Ata kimi uşağını saxlamaq cavabdehin valideyinlik borcudur. Məhkəmə iclasında izahat verən iş üzrə Maraqlı şəxs ərizəçinin iştirakı olmadan hazırki işə baxılmasını və ərizənin təmin edilməsinə etirazı olmadığını, habelə indeksasiya oluncaq aliment məbləğini ərizəçiyə ödəməyə razı olduğunu bildirmişdir. İş üzrə X5na məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Lakin, 26 oktyabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəm MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 dekabr 2024-cü il tarixli 2(067)-3233/2024 saylı qətnaməsindən müəyyən edilir ki, cavabdeh Maraqlı şəxs 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin gəldiyi nəticə: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1.8.4-1.-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 1.2.1. 8-4-2-ci yarımbəndə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində tutulması barədə Xaçmaz rayon Məhkəməsinin 10 dekabr 2024-cüil tarixli, 2(067)-3233/2024 saylı qətnaməsi çıxarılan vaxt Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü il üçün minimum aylıq əmək haqqı 2023-cü ilin yanvar ayının 1-dən 345 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. X16 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunaraq respublikada müəyyən edilmiş minimal əmək haqqı həddində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Hazırkı şəraitdə ayda hər bir uşaq üçün 175 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, 10 dekabr 2024-cü il tarixdə qəbul edilmiş Xaçmaz rayon Məhkəməsinin 2(067)-3233/2024 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqlar - 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X1 üçün hər ay, hər bir uşaq üçün 175 manat sabit pul şəklində alimentin tutulması qət edildiyindən, məhkəmə tərəfindən indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0.51 mislini təşkil etdiyi nəzərə alınaraq, tutulan alimentin məbləği ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş 400 manat məbləğində minimum əmək haqqının 0.51 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli və Xaçmaz rayon Məhkəməsinin 10 dekabr 2024-cüil tarixli 2(067)-3233/2024 saylı qətnaməsi ilə X16 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə tutulan 175 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.51 misli həddində indeksasiya olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 10 dekabr 2024-cüil tarixli, 2(067)-3233/2024 saylı qətnaməsi ilə X16 ilə Maraqlı şəxs arasındakı birgə nikahdan doğulmuş 26 aprel 2013-cü təvəllüdlü X4 və 17 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə tutulan 175 manat sabit pul şəklində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.51 misli (hər bir uşaq üçün) həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-681/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-681/2025
28.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver