Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-72/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Borclu Borclu iştirakı ilə, Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 2720/2021 saylı 01.11.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 894.77 manat pul tutularaq tələbkar X3 Təsərrüfatı Mərkəzinin hesabına, Xaçmaz rayon məhkəməsinin 2(067)-2145/2021 saylı 27.09.2021-ci il tarixli icra sənədinə əsasən 900 manat pul tutularaq tələbkar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1118592/2021 saylı, 03.05.2021-ci il tarixli icra sənədinə əsasən 2000 manat məbləğində pul AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1119521/21 saylı, 16.09.2021-ci il tarixli icra sənədinə əsasən 700 manat məbləğində pul tutularaq X3 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu mülkiyyətində olan Xaçmaz rayon Şıxlı kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu mülkiyyətində olan Xaçmaz rayon Şıxlı kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi üzərinə sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin torpaq sahəsinə yönəldilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında borclu izahatında bildirmişdir ki, həqiqətən də ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-2720/2021 saylı 01.11.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 894.77 manat pul tutularaq tələbkar X3 Təsərrüfatı Mərkəzinin hesabına, Xaçmaz rayon məhkəməsinin 2(067)-2145/2021 saylı 27.09.2021-ci il tarixli icra sənədinə əsasən 900 manat pul tutularaq tələbkar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1118592/2021 saylı, 16.09.2021-ci il tarixli icra sənədinə əsasən 700 manat məbləğində pul tutularaq X3 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. Təqdimatın qismən təmin edilərək, əmlakına həbs qoyulmasına etiraz etmir. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru və tələbkarın məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-2720/2021 saylı 01.11.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 894.77 manat pul tutularaq tələbkar X3 Təsərrüfatı Mərkəzinin hesabına, Xaçmaz rayon məhkəməsinin 2(067)- 2145/2021 saylı 27.09.2021-ci il tarixli icra sənədinə əsasən 900 manat pul tutularaq tələbkar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* saylı, 03.05.2021-ci il tarixli qərarına əsasən 2000 manat məbləğində pul tutularaq ödənilməlidir İş materiallarından müəyyən olunur ki, Borclu mülkiyyətində olan Xaçmaz rayon Şıxlı kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi aşkar edilmişdir. İş materiallarından görünür ki, borcluya icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus olan Xaçmaz rayon Şıxlı kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinə həbs qoyularaq həmin torpaq sahəsinə dair sərəncam vermək hüququ qadağan edilsin. Qərardadın icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №8(067)-72/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-72/2022
27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver