Məhkəmə qərarları › İş №8(067)-72/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-72/2024

15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-72/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə icra sənədi üzrə tələbin Borclu Xaçmaz rayon İcra və Probasia şöbəsinə nəcburi gətirilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək borclu Xaçmaz şəhəri Atatürk küçəsi ev 59-da yaşayan Borclu Xaçmaz rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-4435\2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X1 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi hüquqlarını həyata keçirmək üçün Borclu tərəfindən yaradılan maneələrə son qoyulmalı, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə X1 məxsus olan 0.57 ha torpaq sahəsi Borclu qanunsuz sahibliyindən alınaraq X1 verilməlidir. İcra sənədinin iş üzrə Borclu İcra və probasiya şöbəsinə gəlmədiyi üçün onun barəsində xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərar Borclu Məcid oğluna göndərilməsinə baxmayaraq, o, Xaçmaz rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə yuxarıda adı göstərilən Borclu şöbəyə müvafiq icra hakimyyəti orqanları tərəfindən məcburi qaydada gətirilməsi məqsədilə müvafiqdir. İş üzrə borclu xx.xx.2024-cü il tarixində məhkəmə iclasında iştirak edərək, icra məmuru tərəfindən çağırılan bütün çağırışlara getdiyini bildirmişdir. əlavə olaraq qeyd etmişdir ki, nə vaxt icra məmuru tərəfindən çağırılarsa yenədə gedəcəkdir. İş üzrə borcunun vəkili X2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, borclu icra məmurunun bütün çağırışlarına getmişdir. xx.xx.2024-cü il tarixində də icra və probasiya şöbəsində olmuşdur. xx.xx.2024-cü il tarixində tələbkar tərəfindən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə icra sənədinin icra olunması barədə müraciət olunmuşdur, borclu icra sənədinin icra olunmasına etiraz etməmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov tərəfindən təqdimatın baxılmamış saxlanılmasına dair məhkəməyə ərizə daxil olmuşdur. İş üzrə Borclu məhkəmə prosesi zamanı icra və probasiya şöbəsinə gəldiyi üçün həmin işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İcra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar