Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-720/2025 19.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə,, X1 Maraqlı şəxs qarşı aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(067)-323/2021 sayli qətnaməsi ilə 21 avqust 2010-cu ildə anadan oİmuş X7 və 23 oktyabr 2012-cl ildə anadan oİmuş X4 yetkinlik yaşına catanadək saxlanılmaları üçün ərizənin veriidiyi tarixdən, yəni 26 oktyabr 2020-cl il tarixdən hesablanmaqla hər ay sabit pul məbİəğində hər bir uşaq uçün 120 manat olmaqla cəmi 240 (iki yuz qırx) manat miqdarında alimentin 2025-ci il minimum əmək haqqına münasibətdə ailment məbləğinin hər uşaq üçün 0.615 misli həddində indeksasiya edliməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021ci il tarixli 2(067)-323/2021 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından olan uşaqları - 21 avqust 2010-cu ildə anadan olmuş X7 və 23 oktyabr 2012-ci ildə anadan olmuş X5 anaları - iddiaçı X8 himayəsində saxlanılması, xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz rayonunun Müşkür kəndi olan cavabdeh Maraqlı şəxs X7 və X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 26 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. 04 mart 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 280486 nömrəli və 04 mart 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 280485 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçı X12 ilə cavabdeh Maraqlı şəxs birgə nikahlarından 21 avqust 2010-cu ildə Maya və 23 oktyabr 2012-ci ildə Aylin adlı iki nəfər uşaqları anadan olmuşdur. Hal-hazırda qızları, 21 avqust 2010-cu ildə anadan olmuş X7 və 23 oktyabr 2012-ci ildə anadan olrnuş X4 Xaçmaz rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və təhsil xərcləri, o cümlədən geyim və sair xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa tam şəkildə ödəməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Alimentin 2025-ci il minimum əmək haqqına münasibətdə aliment məbləğinin hər uşaq üçün 0.615 misli həddində indeksasiya edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(067)-323/2021 sayli qətnaməsi ilə 21 avqust 2010-cu ildə anadan oİmuş X7 və 23 oktyabr 2012-cl ildə anadan oİmuş X4 yetkinlik yaşına catanadək saxlanılmaları üçün ərizənin veriidiyi tarixdən, yəni 26 oktyabr 2020-cl il tarixdən hesablanmaqla hər ay sabit pul məbİəğində hər bir uşaq uçün 120 (bir yuz lyirmi) manat olmaqla cəmi 240 (iki yuz qırx) manat miqdarinda alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qətnamə ilə 120 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı 2021-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,48 misli həddində (400 x 0,48=192 manat) müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 iyun 2021-ci il tarixli 2(067)-323/2021 saylı qətnaməsi ilə 21 avqust 2010-cu ildə anadan oİmuş X7 və 23 oktyabr 2012-ci ildə anadan oİmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmalarıı üçün cavabdeh Maraqlı şəxs hər ay uşaq üçün 120 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,48 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-720/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-720/2025
19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver