Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-75/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X2, X1nın nümayəndəsi X5 iştirakı ilə, X1nın əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Tələbkar mənzilə dair sərəncam verilməsinin qadağan olunması barədə qərarının qüvvədən düşmüş hesab edilməsi və əmlakın üzərindən həbsin götürülməsi barədə qərtar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırılmışdır ki, Tələbkar müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair sərəncam verilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(067)-16/2023 saylı qərardadı ilə iddiaçı Tələbkar ona qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə ərizəçi Tələbkar müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair sərəncam verilməsi qadağan edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-202/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi və yaşayış sahəsinə köçürmə tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də iddiaçı Tələbkar mənzilə dair sərəncam verilməsinin qadağan olunması barədə qərarının qüvvədən düşmüş hesab edilməsi və əmlakın üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1nın nümayəndəsi X7 izahatında göstərmişdir ki, X1 onun qızıdır. ünvan 1 ünvanında yerləşən X4 məxsus mənzilə dair sərəncam verilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(067)-16/2023 saylı qərardadı ilə Tələbkar X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə ərizəçi Tələbkar müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair sərəncam verilməsi qadağan edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 202/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar X4 qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi və yaşayış sahəsinə köçürmə tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də iddiaçı Tələbkar mənzilə dair sərəncam verilməsinin qadağan olunması barədə qərarının qüvvədən düşmüş hesab edilməsi və əmlakın üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələbkara və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(067)-16/2023 saylı qərardadından müəyyən olunur ki, Tələbkar X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə ərizəçi Tələbkar müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair sərəncam verilməsi qadağan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 202/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Tələbkar X4 qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi və yaşayış sahəsinə köçürmə tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1.-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-nin 162.2.-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsinin tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. MPM-nin 162.3.-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(067)-16/2023 saylı qərardadına əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair sərəncam verilməsinin qadağan edilməsi haqqında müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(067)-16/2023 saylı qərardadına əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair sərəncam verilməsinin qadağan edilməsi haqqında müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №8(067)-75/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-75/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver