Məhkəmə qərarları › İş №8(067)-76/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-76/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-76/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mİrhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatına Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-346/2023 saylı icra sənədinə əsasən Borclu 16000 ABŞ dolları məbləğində pul vəsaiti və 171,6 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb dərhal təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi Borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar, Borclu və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Tələbkar, Borclu və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-346/2023 saylı icra sənədindən müəyyən olunur ki, Borclu 16000 ABŞ dolları məbləğində pul vəsaiti və 171,6 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Borclu barəsində olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 346/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-346/2023 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsinə dair Borclu təklif göndərilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx xxxx 1972-ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş və Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxx 1972-ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş və Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən: Nərmin Abiyeva “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qərarı əsasında verilmiş icra sənədi müəyyən olunmuş vaxtda borclu X1 tərəfindən icra edilmədiyindən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Təqdimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş idarəsi ilə razılaşdırılmışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar