Məhkəmə qərarları › İş №8(067)-761/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-761/2025

18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-761/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Borclu iştirakı ilə Xaçmaz rayon məhkəməsinin 2(067)-807/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-807/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.20189-cu il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-807/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xx.xx.2019-cu il tarixdən başlayaraq Borclu hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat məbləğində sabit aliment alınaraq Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə müvafiq olaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən borclu izahat verərək bildirmişdir ki, o, Qazaxıstan Respublikasında işləmiş, ölkə ərazisinə yaxın vaxtlarda gəlmişdir. 12000-13000 manata yaxın aliment borcu var. O, tələbkarın kartına pul göndərmişdir. Təqdimatın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının icra məmurunun və tələbkarın iştirakı olmadan keçirilməsi məqəsədmüvafiq hesab edilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon məhkəməsinin 2(067)-807/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X7 ilə Borclu arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 fevral 2019-cu il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində sabit aliment alınaraq Tələbkar verilməlidir. İddiaya görə ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Tələbkar himayəsində saxlanılmalıdırlar. - xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən 2(067)-807/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - Tələbkar Əlistanova (Həkimova) Vəfa Nazir qızı tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli “Ərizə”dən müəyyən edilir ki, qeyd olunan icra sənədi üzrə Borclu hazırda ona ödənilməmiş 16400 manat məbləğində aliment borcu vardır. Borclu həmin pulu ödəniş etməkdən qəsdən yayınır. Onun barəsində Azərbaycan Respublikası CM-nin 603-cı maddəsi ilə cinayət işinin bağlanması üçün material Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. - Borcluların barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı əmlak və ya gəlir müəyyən olunmamışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1985-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar