Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-782/2025 30.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Tələbkar iştirakı ilə, X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-739/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsəsən X3 hər ay cəmi 300 manat məbləğində aliment alınaraq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədləri Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X5 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və hal-hazırda X1 1200 manat məbləğində aliment borcu vardır. İş üzrə borclu X5 və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirşləri göndərilsə də, borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında tələbkar izahatında göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il qətnaməsinə əsasən hər ay 300 manat məbləğində aliment kəsilmişdir. Lakin Buna baxmayaraq alimenti ödəmir. Uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda 1200 manat məbləğində alimet bocu vardır. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-739/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsəsən X3 hər ay cəmi 300 manat aliment alınaraq Tələbkar qızına verilməsi qət edilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmiş və izahatı alınmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə araşdırması zamanı icra məmurunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatda qeyd olunan göstərişlərə qanunla müəyyən olunmuş qaydada əməl olunması müəyyən olundu. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-782/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-782/2025
30.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver