Məhkəmə qərarları › İş №8(067)-789/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-789/2025

21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-789/2025 21.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mütəllimova Türkan Qurban qızının katibliyi, X3, Maraqlı şəxs iştirakı ilə, X3 aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin (İş № 2 (067) -2340/2025 tarixli qətnaməsinə əsasən 11.10 2020-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayonu. Nərəcan kəndində yaşayan və qeydiyyatda olan X2 hər ay 2 uşağa tutulan 200 (iki yüz) manat məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq X2 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağ üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067) -2340/2025 tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 onun xeyrinə hər ay 2 uşaq üçün qazancın başqa gəlirlərin üçdə bir hissəsi məbləğində aliment tutulması barədə qətnamə çıxarılmışdır. Hesab edir ki, onun xeyrinə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay hər uşaq üçün tutulan (başqa gəlirlərin) üçdə bir hissəsi indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay uşağ üçün 0,80 faiz mislində müəyyən edilməlidir. Qeyd edir ki, cavabdehin isə maddi imkanı yaxşıdır. Məhkəmə iclasında X1 izahatında göstərmişdir ki, ərizəsini müdafiə edir. Aliment xx.xx.2025-ci il tarixli qətnaməyə əsasən hər uşağa görə 170 manat kəsilmişdir. Məbləğin indeksasiya edilməsini xahiş edir. Təhsil xərclərini ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, 375 manat aliment ödəyir. Gecikmə olmur. Təqaüd alır. Yanvar ayından 100 manat artım olmuşdur. Hər uşağa görə 35 manat artım ediləcək. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067) -2340/2025 tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay bütün gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınaraq X4 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, hazırda Maraqlı şəxs tutulan aliment sabit məbləğdə müəyyən edilmədiyindən indeksasiya olunmasına əsaslar mövcud deyil. Bu səbəbdən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2340/2025 tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X7 xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay bütün gəlirlərinin üçdə bir hissəsi miqdarında qət edilmiş alimentin indeksasiyası mümkün olmadığından ərizə təmin edilməməli, ərizəçiyə alimentin sabit məbləğdə müəyyən edildiyi təqdirdə indeksasiyanın mümkün ola biləcəyi və bununla bağlı sabit məbləğdə alimentin təyin edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməsin. Ərizəçiyə sabit məbləğdə alimentin təyin edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar