Məhkəmə qərarları › İş №8(067)-8/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-8/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-8/2024 24.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X11 Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xaçmaz rayon icra məmuru X6, X1 iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnamənin icrasına möhlət verilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsi ilə İddiaçı Tələbkar cavabdeh X4 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı icra vərəqəsinə əsasən RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Tələbkar xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində cavabdeh X5 tərəfindən özbaşına tikilmiş 5x6 metr ölçüdə 1 otaqlı tikili və əlavə olaraq 6x5 metr ölçüdə daş hasar cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin 0.02 ha hissəsi (Xəritə 2-də göstərilən forma və Cədvəl 1-də qeyd olunan ölçülər daxilində, yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal-Qərbdən Cənub-Şərqə 13.96 metr, Şimal-Şərqdən Cənub-Qərbə 14.32 metr, Cənub-Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla) cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçı Tələbkar istifadəsinə qaytarılmaqla torpaq sahəsinin boşaldılması təmin olunmalıdır. Xaçmaz şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsində tikdiyi tikilidə hal-hazırda oğlu ilə birlikdə yaşayır. Hazırda soyuq qış aylarıdır və onun yaşamağa başqa yeri yoxdur. 2024-cü ilin may ayının sonuna yeni torpaq sahəsi alıb həmin tikilini könüllü olaraq söküb, torpaq sahəsini boşaldaraq Tələbkar təhvil verəcəkdir. Məhkəmə iclasında ərizəçi X5 izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı icra sənədinə əsasən o, 0.06 ha torpaq sahəsində tikdiyi tikilini sökərək həmin torpaq sahəsini tələbkara geri qaytarmalıdır. Lakin, o həmin torpaq sahəsinin ona məxsus olduğunu və torpaq sahəsini boşaltmayacağını, qətnamənin icrasına möhlət istəməyinin səbəbini digər orqanlara müraciət etmək üçün vaxt əldə etməsi olduğunu bildirmişdir. Həmin qətnamənin düzgün çıxarılmadığını, əsassız olduğunu qeyd edərək, digər orqanlara şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru Faqil Adıgözəlov bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı icra sənədinə əsasən borclu qətnamənin icrasına möhlət istəmişdir. Bu səlahiyyət məhkəməyə aid olduğundan ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxılsın. Tələbkar xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq 8(067)-265/2023 saylı iş üzrə qətnamənin icrasına möhlət verilməsinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsindən görünür ki, RX seriyalı, ******* nömrəli, **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 sentyabr 2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Tələbkar xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsində cavabdeh X5 tərəfindən özbaşına tikilmiş 5x6 metr ölçüdə 1 otaqlı tikili və əlavə olaraq 6x5 metr ölçüdə daş hasar cavabdehin hesabına sökülərək həmin torpaq sahəsinin 0.02 ha hissəsi (Xəritə 2-də göstərilən forma və Cədvəl 1-də qeyd olunan ölçülər daxilində, yəni Cənub-Qərbdən Şimal-Şərqə 14.32 metr, Şimal-Qərbdən Cənub-Şərqə 13.96 metr, Şimal-Şərqdən Cənub-Qərbə 14.32 metr, Cənub-Şərqdən Şimal-Qərbə 13.96 metr olmaqla) cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçı Tələbkar verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasma qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. “Roseltrans ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, qeyd olunanları, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin 3 il ərzində icra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini, həmçinin, borclu qətnamənin icrasına möhlət verilməsi üçün göstərdiyi əsaslara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyini, əksinə möhlət istədiyi vaxt ərzində də qətnaməni icra etmək niyyətinin olmadığını bildirdiyini nəzərə alaraq, hesab edir ki, X2nın Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Xaçmaz rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-80/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar