Məhkəmə qərarları › İş №8(067)-86/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-86/2024

29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-86/2024 29.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1860/2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1860/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1860/2023 saylı icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 3 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat aliment alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borclunun ödənilməmiş 2850 manat aliment borcu vardır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu, tələbkar və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktublar çatdırılmasına baxmayaraq, borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək təqdimatın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə işə borclu, tələbkar və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1860/2023 saylı icra vərəqəsindən müəyyən olunur ki, Borclu xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat aliment alınaraq tələbkar X1 xeyrinə ödənilməsi təmin olunmalıdır. -xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -xx.xx.2023-cü il tarixli, izahatdan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1860/2023 saylı icra sənədinə əsasən ondan üç uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 450 manat aliment tutularaq tələbkar X3 verilməlidir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən məlumatlıdır. Qeyd etmişdir ki, icra sənədində qeyd olunan borcu iş yeri olmadığından ödəniş etməmişdir. Hazırda 200 manat ödəyə bilər. İcra sənədinə qeyd olunan borcu ödəmədiyi halda barəsində tətbiq olunacaq məcburi icra sənədlərinin tətbiq olunacağı həmçinin İXM-nin 528-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdardır. -xx.xx.2024-cü il tarixli tələbkarın ərizəsindən görünür ki, cavabdehin icra sənədi üzrə hazırda borclunun 2850 manat aliment borcu vardır. -Borclunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun ümümvətəndaş pasportu yoxdur və ölkə xaricinə getmək fikri yoxdur. Təqdimatın təmin olunmasına etirazı yoxdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1981-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1981-ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar