Məhkəmə qərarları › İş №8(067)-88/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-88/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-88/2024 23.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mİrhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək,xx.xx.1981-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2769/2023-006 saylı icra sənədinə əsasən Borclu 9009 manat məbləğində pul vəsaiti və 109 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi Borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu, tələbkar X2 və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktublar çatdırılmasına baxmayaraq, Borclu, tələbkar X4 və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Borclu, tələbkar X1 və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2769/2023-006 saylı icra sənədindən müəyyən olunur ki, Borclu 8900 manat məbləğində pul və ödənilmiş 109 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Borclu barəsində olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 2769/2023-006 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2769/2023-006 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsinə dair Borclu təklif göndərilmişdir. İş materiallarında olan Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından müəyyən olunur ki, borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra etmədiyi təqdirdə, barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağına dair xəbərdar edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Qaracik-zeyid kəndində anadan olmuş və Xaçmaz şəhəri İsi Məlikzadə küçəsi ev 22-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqdimat təmin edilsin. xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və Xaçmaz şəhəri, T. Kərimov küçəsi ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar