Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-95/2024 26.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(067)-367/2023-024 saylı icra sənədi icrası məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(067)-367/2023-024 saylı icra sənədinə əsasən borclular X3 və Borclu 19174.42 manat məbləğində pul vəsaiti və 148 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "X10" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 100 manat ekpertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)- 367/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X3, Borclu 19174.42 manat məbləğində pul vəsaiti və 148 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "X10" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 100 manat ekpertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3, Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. : Belə ki, ‘‘Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X2 məxsus "Renault" makalı **-BM- *** dövlət qeydiyyat nişanlı və Borclu məxsus olan “Chevrolet Cruze" markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında təqdimatı müdafiə edərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-367/2023-024 saylı, xx.xx.2023-cü İl tarixli İcra sənədinə əsasən borclu X3, Borclu 19174.42 manat məbləğində pul vəsaiti və 148 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar “X10” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3, Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclular tərəfilərindən göndərilən xx.xx.2023-cü il tarixli bildirişi xx.xx.2023-cü il tarixdə götürmüşlər. Borc müştərək qaydada tutulmalı olduğundan digər cavabdeh Həmid Ağasiyevin əmlakı olan avtomobilin təxmini 7000 manat məbləğində qiymtləndirilmişdir, lakin bu məbləğ az bir məbləğ olduğuna görə həmin avtomobilin üzərinə həbs qoymaq tələbkarın marağında olmamışdır. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X2 məxsus “Renault” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı və Borclu məxsus olan “Chevrolet Cruze markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrası məqsədi ilə məcburi tədbirlər kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə icra tədbirləri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraata başlamaq haqqında 09 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Borclu barəsində olan Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(067)-367/2023-024 saylı icra sənədinə üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə 09 oktyabr 2023-cü il tarixli bildirişdən müəyyən olunur ki Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e- 2(067)-367/2023-024 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsinə dair borcluya təklif göndərilmişdir. İş materiallarında olan Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatdan müəyyən olunur ki, borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra etmədiyi təqdirdə, barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağına dair xəbərdar edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu məxsus «X9» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı, boz göy metallik rəngli, istehsal ili 2013-cü il olan avtomabil müəyyən olunmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə; 8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa; 9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə; 10) əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; 11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə; 12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə; 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel, hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı. Məhkəm işin hallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(067)-367/2023-024 saylı icra sənədi borclular X3 və Borclu tərəfindən icra edilmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən Borclu məxsus «X9» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomabilin üzərinə həbs qoyulmasına məhdudiyyət qoyulmadığından, təqdimat təmin edilməli və yuxarıda qeyd olunan icra sənədlərinin icrası məqsədi ilə Borclu məxsus «X9» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomabilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(067)-367/2023-024 saylı icra sənədinin icrası məqsədi ilə Borclu məxsus «X9» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomabilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-95/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-95/2024
26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver