Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-10/2023 25.04.2023 XIZI RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızının, Borclu iştirakı ilə, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinə izah verilməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 1461 nömrəli, 13 iyun 2017-ci il tarixli nikahın pozulması, 07 iyul 2018-ci il tarixdə doğulmuş X1 yaşayış yerinin anası Tələbkar himayəsində müəyyən olunması, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh Borclu apelyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)- 108/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5397/2021 saylı qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev İcra haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin “qət etdi” hissəsində qeyd olunan “07 iyul 2018-ci il təvəllüdlü X1 yaşayış yerinin anası Tələbkar himayəsində müəyyən olunması” ifadəsinin uşağın Borclu (atadan) alınaraq Tələbkar (anaya) təhvil verilməsi anlamını verib-verməməsinə aydınlıq gətirilməklə müvafiq izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xızı rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və sonradan icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə ərazi aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş Xızı Rayon Məhkəməsinin 2(068)-108/2019 saylı qətnaməsinə dair verilmiş xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli icra sənədləri xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Xızı Rayon Məhkəməsinin 2(068)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Xızı Rayon Məhkəməsinin 2(068)-108/2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yaşayış yeri anası Tələbkar himayəsində müəyyən olunmalı, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədlərinin icrası ilə bağlı Borclun icra şöbəsinə dəvət olunmuş, borclu xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gəlmiş, ona icra sənədinin icrasının vacibliyi bildirilməklə izahatı alınmışdır. Borclu izahatında bildirmişdir ki, uşaq körpəlikdən onun yanındadır, bu müddət ərzində uşağın anası uşaqla maraqlanmamış, buna görə də alimentin silinməsilə bağlı məhkəməyə müraciət edəcəkdir. Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə ilə Abşeron rayon icra şöbəsinə müraciət edərək, alimentin borclu tərəfindən ödənilməsini tələb etmədiyini, yalnız uşağın borcludan (atadan) alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı tələbkara izah olunmuşdur ki, Xızı Rayon Məhkəməsinin 2(068)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində uşağın atadan alınaraq anaya verilməsi nəzərdə tutulmamışdır, uşağın qarşı tərəfədən alınaraq ona verilməsi tələbinə dair əlavə iddia qaydasında məhkəməyə müraciət emək hüququ vardır. Lakin bütün bunlara baxmayaraq hazırki günədək tələbkar israrlı şəkildə xx.xx.2018-ci il təvəllüdlü uşağın atadan (borcludan) alınaraq ona verilməsini tələb edir. Beləliklə, yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi məqsədilə Xızı Rayon Məhkəməsinin 2(068)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsi önəmlidir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızı öz izahatında göstərmişdir ki, 2019-cu ilin may ayında Borclu azyaşlı uşağını əlindən alaraq evdən qovmuşdur. Bundan sonra nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment tələbi barədə iddia qaldırmış, iddiası qismən təmin edilərək, uşağın yaşayış yeri onun himayəsində müəyyən olunmuş və uşağın saxlanması üçün aliment təyin olunmuşdur. Lakin borclu hazıradək uşağı ona vermir və ona hədə qorxu gəlir. Buna görə də, məhkəmədən uşağın atadan alınaraq ona verilməsi barədə izah verilməsini xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu öz izahatında göstərmişdir ki, Tələbkar 21 may 2019-cu il tarixdə uşağı onun yanında qoyaraq, bacısının ərinə qoşulub getmiş və hazıradək onunla yaşayır. Uşağın bu yaxınlarda 5 yaşı olacaq, lakin anası həmin vaxtdan uşaqla maraqlanmamış, yaşadıqları dövrdə də uşağı çox incitmişdir. Hazırda uşaq onun yanında yaşayır, baxçaya gedir və anasını görmək istəmir. Bu səbəbdən məhkəmədən qətnamənin dəyişdirilmədən izah verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarinda olan Xızı Rayon Məhkəməsinin qanuni qüvvədə olan 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması barədə mübahisə olduğundan, iddiaçı Tələbkar iddia ərizəsi verməklə nikahın pozulması, uşağın yaşayış yerinin onun himayəsində müəyyən edilməsi və aliment tələbi barədə tələb irəli sürmüşdür. İşin hallarından görünür ki, həmin ərəfədə, yəni tərəflər arasında bağlanmış nikahın pozulmasına dair mübahisəyə baxılan ərəfədə uşaq atanın himayəsində olmuşdur. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan, 07 iyul 2018-ci il təvəllüdlü X1 azyaşlı olduğunu nəzərə alaraq hesab etmişdir ki, uşaq anasının himayəsinə verilməli və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə iddiaçıdan aliment tutulmalıdır. Göründüyü kimi, məhkəmə qətnaməsində işin faktiki halları nəzərə alınaraq anadan ayrı yaşayan uşağın ananın yanında (himayəsində) qalması müəyyən edilmişdir. Həmçinin, Borclu həmin mülki iş üzrə apellyasiya şikayəti verərkən Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin qismən, 07 iyul 2018-ci il tarixdə doğulmuş X1 yaşayış yerinin anası Tələbkar himayəsinə verilməsi və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq, iddiaçı Tələbkar ödənilməsi hissəsini mübahisələndirmiş və həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh Borclu apelyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)- 108/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində istinad olunan iş materialları kimi göstərilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 30 dekabr 2020-ci il tarixli, 471 saylı rəyindən müəyyən edilir ki, Komissiya, 07 iyul 2018-ci il təvəllüdlü X1 mənafeyini nəzərə alaraq məsələsinin həllini məhkəmənin mülahizəsinə verir. Xızı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 08 may 2020-ci il tarixli rəyi ilə müəyyən olur ki, 07 iyul 2018-ci il təvəllüdlü X1 anası Tələbkar himayəsində saxlanması məqsədə müvafiq hesab edilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, mülki kollegiyanın qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafeyinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onun uşağa münasibəti, eləcə də uşağın yaşı nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, birgə nikahdan doğulmuş uşağın valideynləri arasında ailə münasibətləri pozulmuşdur və onlar ayrı yaşayırlar. İşdən görünür ki, iddiaçının maddi vəziyyəti və həyat şəraiti uşağın maddi ehtiyaclarının tam ödənilməsinə, o cümlədən tam şəraitli mənzildə yaşamaq, qidalanmaq, uşaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə imkan verir. Yenə işin tədqiq edilən faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahdan doğulmuş uşaq azyaşlıdır və onun ataya nisbətdə daha çox ana qayğısına ehtiyacı vardır. Bu səbəbdən də, apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə kollegiyası hesab etmişdir ki, həm işin yuxarıda göstərilən halları, həm də qeyd olunan rəylər nəzərə alınmalı, birgə nikahdan doğulmuş 07 iyul 2018-ci il təvəllüdlü X1 anası Tələbkar himayəsində saxlanılması hazırkı halda azyaşlının mənafeyinə, habelə sadalanan qanun normalarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi qanunvericiliyin göstərilən müddəası müvafiq icra sənədinin icrasını onun məzmununu dəyişdirmədən izah etməyi mümkün hesab edir. Lakin, qətnamənin izah edilməsi onun mətnində yol verilmiş anlaşılmaz, çətin, mürəkkəb, ziddiyətli və bu kimi ifadələrin aydınlaşdırılmasını nəzərdə tutur və bu zaman qətnamənin məzmununa xələl gəlməməli, onun mahiyyətinə təsir edə biləcək izahlara yol verilməməlidir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarırın 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsinə və onun əsasında verilmiş icra sənədinə o halda izah verilir ki, həmin qətnamədə göstərilmiş tələblər aydın olmasın və bu hal onun icrasına mane olsun. Məhkəmə qeyd edir ki, «uşağın yaşayış yerinin ananın himayəsində müəyyən olunsun» ifadəsi «uşaq atadan alınaraq anaya verilsin» ifadəsi ilə eyni məna daşıdığından, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsində göstərilmiş «07 iyul 2018-ci il tarixdə doğulmuş X1 yaşayış yerinin anası Tələbkar himayəsində müəyyən olunsun» tələbi uşağın anaya verilməsi tələbi ilə eyni məna daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, icra sənədinin məzmunu aydın və dəqiqdir, borclunun üzərinə qoyulmuş vəzifə konkret olaraq göstərilmişdir və çıxarılmış qətnamədə hər hansı anlaşılmazlıq yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsində hər hansı anlaşılmayan məsələ mövcud deyildir və onun izah edilməsinə zərurət yoxdur. Bu səbəbdən icra məmurunun ərizəsi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinə izah verilməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №8(068)-10/2023
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-10/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver