Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-11/2023 26.07.2023 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh icra məmuru X1, Tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızının iştirakı ilə, Cavabdeh icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızı Cavabdeh icra məmurunun hərəkətlərindən şikayət verərək, Cavabdeh tərəfindən Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı icra sənədinin Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsinin qanunsuz hesab edilməsi və 07 iyul 2018-ci il tarixdə doğulmuş X3 anası X2 himayəsinə qaytarılması barədə Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin icra edilməsinin təmin edilməsi icra hərəkətlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X8 ilə cavabdeh Borclu arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 1461 nömrəli, 13 iyun 2017-ci il tarixli nikahın pozulması, 07 iyul 2018-ci il tarixdə doğulmuş X3 yaşayış yerinin anası X2 himayəsində müəyyən olunması, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X9 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh Borclu apelyasiya şikayəti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5397/2021 saylı qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-105/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi heç bir əsas olmadan Cavabdeh tərəfindən 4 ildir icra edilmir. Belə ki, Borclu icra məmuru ilə razılaşaraq guya Xızı rayonunda yaşamadığını bildirməklə və icra məmurunun dəstəyi ilə hansı yollarlasa sənədlər düzəldərək icraçıya vermişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə və xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və sonradan icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə ərazi aidiyyatı üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş Xızı rayon məhkəməsinin 2(068)-108/2019 saylı qətnaməsinə dair verilmiş xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli icra sənədləri xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra işi Cavabdehndə olarkən icraçı tələbkarı dəvət etmiş, lakin qətnamənin icrasını təmin etməmiş, sadəcə keçmiş həyat yoldaşının, qaynatası və qaynanası, keçmiş həyat yoldaşının qohumlarının yanında uşağı ona göstərərək uşağın anasına gəlməkdən imtina etməsini bəhanə gətirmişdir. Daha sonra icrası Borclu xeyrinə hərəkət edərək guya onun Abşeron rayonunda yaşamasını və işləməsini əsas götürərək icra sənədinin icra edilməsi bəhanəsi ilə xx.xx.2022-ci il tarixli qərarı ilə ərazi aidiyyatı üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcraçının əsas məqsədi icra hərəkətlərinin mümkünsüz hesab edilməsinə hesablanmışdır. Əsas məqsəd 07 iyul 2018-ci il tarixdə doğulmuş X3 anası X2 himayəsinə qaytarılmamasıdır. Hazırda Borclu Xızı rayonunda yaşayır. 07 iyul 2018-ci il tarixdə doğulmuş oğlu X6 isə onun nənəsi və babası baxır. Borclu isə aliment ödəməmək üçün məsuliyyətdən yayınmaqdadır. Məhkəmə iclasında iştirak edən tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızı şikayətin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı icra sənədinin aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi barədə qərar ona 2022-ci ildə təqdim olunmuş, bundan sonra 2-3 dəfə Abşeron rayon icra və probasiya şöbəsinə gedərək qətnamənin icra olunmasını tələb etmişdir. Lakin icra məmuru onun qanuni tələbini icra etməmişdir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh icra məmuru X7 izahatında göstərdi ki, həmin icra işi onun icraatında olmamış və icra şöbəsinin rəisi tərəfindən aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Lakin borclu məhkəməyə elekton ərizə göndərərək, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığını, mövsümi işlərlə əlaqədar olaraq (ot, arpa, buğda biçimi) vaxtı, yəni bu aylarda yaşlı valideynlərinə kömək üçün Altıağac qəsəbəsində müvəqqəti olaraq qısa müddətdə qaldığını, icra işinin Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsinin İcra Haqqında Qanunun 24-cü maddəsinin tələblərinə tam və uyğun olmasını, bu icra işi ilə bağlı heç bir qanun pozuntusu olmamasını qeyd etməklə, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə borclunun və Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X8 ilə cavabdeh Borclu arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 1461 nömrəli, 13 iyun 2017-ci il tarixli nikahın pozulması, 07 iyul 2018-ci il tarixdə doğulmuş X3 yaşayış yerinin anası X2 himayəsində müəyyən olunması, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, 12 iyun 2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu 07 iyul 2018-ci il təvəllüdlü X9 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, borclu Kərimov X5 rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi, ev 178 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin icraatında olmuş “qətnaməyə izah verilməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə baxılmasına dair” 8(068)-10/2023 saylı iş materiallarından görünür ki, tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızı 10 iyun 2022-ci il tarixli ərizə ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin rəisinə müraciət edərək qətnamənin icra olunmasını tələb etmişdir. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(068)- 10/2023 saylı qərardadından görünür ki, həmin işə tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızının iştirakı ilə baxılmış və Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinə izah verilməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müddət buraxıldıqdan sonra verilən şikayət və sənədlər, müddətin bərpasına dair ərizə olmadıqda geri qaytarılmalıdır. Göründüyü kimi Cavabdeh 26 yanvar 2022-ci il tarixli icra sənədinin icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi haqqında qərarının həmin orqan tərəfindən tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızına göndərilməsini təsdiq edən mötəbər sübut təqdim edilməsə də, o, məhkəmə iclasında mübahisəli qərarın ona təqdim olunduğunu bildirmiş, ən azından sözügedən qərardan 10 iyun 2022-ci il tarixdə, yəni qətnamənin icra olunmaması ilə bağlı Abşeron rayon icra və probasiya şöbəsinə ərizə verərkən məlumatlı olmuş, həmçinin Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən icra vərəqəsinə izah verilməsi barədə işə xx.xx.2023-cü il tarixində məhkəmə qaydasında baxılarkən iclasda iştirak etmiş və beləliklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə, bir ildən çox müddətdən sonra (23 iyun 2023-cü il tarixdə) məhkəməyə müddətin bərpası barədə vəsatət vermədən icra sənədinin Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsinin qanunsuz hesab edilməsi barədə şikayət vermiş, eləcə də müddətin buraxılmasına səbəb ola biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda da, həmin qərardan verilmiş şikayətə baxılması, habelə bu və ya digər formada münasibət bildirilməsi istisna edilir. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızının Cavabdeh tərəfindən Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı icra sənədinin Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsinin qanunsuz hesab edilməsi və 07 iyul 2018-ci il tarixdə doğulmuş X3 anası X2 himayəsinə qaytarılması barədə Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin icra edilməsinin təmin edilməsi icra hərəkətlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə şikayəti geri qaytarılmalıdır. MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən verilən şikayətin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, şikayət məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməsi ilə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Tələbkar Səfərova (Kərimova) Aytən Qərib qızının Cavabdeh tərəfindən Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı icra sənədinin Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsinin qanunsuz hesab edilməsi və 07 iyul 2018-ci il tarixdə doğulmuş X3 anası X2 himayəsinə qaytarılması barədə Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(068)-108/2019 saylı qətnaməsinin icra edilməsinin təmin edilməsi icra hərəkətlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə şikayəti geri qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №8(068)-11/2023
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-11/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver