Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-12/2022 29.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsalə Bünyatovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsalə Bünyatova təqdimatla məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(068)- 126/2021 saylı icra sənədinin icra olunması üçün Xızı rayonu, Tıxlı kəndində yaşayan Borclu icra yerinə, Xızı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimata əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 31 avqust 2021-ci il tarixli qərarla icraata başlanılmış, Borcludan cəmi 4823.01 manat və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmasına dair Xızı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(068)-126/2021 saylı icra sənədi icra olunması üçün Xızı rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Borclu icra sənədini icra etməsi üçün rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan borcunu ödəmir və icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırırlar. Ona görə də, icra məmuru təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə və Xızı rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də, Xızı rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, göründüyü kimi, Xızı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(068)- 126/2021 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 31 avqust 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmişdir. Tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 03 mart 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxslər icra məmurunun çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, təqdimat təmin edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Xızı rayonu, Tıxlı kəndində yaşayan Borclu Xızı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(068)-126/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Xızı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Xızı rayon İcra və Probasiya şöbəsinə və borclunun olduğu yer üzrə polis şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(068)-12/2022
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-12/2022
29.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver