Məhkəmə qərarları › İş №8(068)-13/2023

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-13/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-13/2023 24.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin qətnamənin yenidən icraya yönəldilməsinə dair ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Borclu qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 15 fevral 2020-ci il tarixə 10332,62 manat əsas borc, 111,41 manat mükafat pulu olmaqla, cəmi 10444,03 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(068)-30/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və həmin məhkəmə aktı 29 noyabr 2021-ci il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icra məmuru X1 28 mart 2022-ci il tarixli qərarı ilə bu icra sənədi “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Tələbkar "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(068)-30/2021 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkara, borcluya və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə borclunun, tələbkarın və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.2 və 9.1 maddələri). Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinin İ cümləsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqanlara qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin, icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün 8 zəruri tədbirlər həyata keçirilməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən icra sənədinin icrası üçün davamlı tədbirlər görülməmiş, icra sənədinin icrasını mümkünsüz edən halların mövcudluğu araşdırılmamış, qanuni qüvvəsini almış məhkəmə aktı üzrə verilmiş icra sənədinin icrası təmin olunmadan icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılmışdır. Eyni zamanda, tələbkar da sözügedən icra sənədinin yenidən icraya yönəldilməsinin xahiş etmişdir. Avropa Məhkəməsi bir çox qərarlarında (məsələn, Brumareski Ruminyaya qarşı) belə bir hüquqi mövqedən çıxış edərək qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə baxışı hüququnu müəyyən edir. Lakin, dövlətin hüquq sistemi məcburi qüvvəyə malik olan məhkəmə qərarının tərəflərədən birinin ziyanına fəaliyyətsiz qalmasına yol verirsə, onda bu hüquq xəyali xarakter daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs icra məmuru X1 28 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(068)-30/2021 saylı məhkəmə aktının icrası təmin edilmədiyindən təkrarən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Maraqlı şəxs şöbəsinin icra məmuru X1 28 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Xızı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(068)-30/2021 saylı məhkəmə aktının icrası təmin edilmədiyindən təkrarən icraya yönəldilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar