Məhkəmə qərarları › İş №8(068)-14/2023

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-14/2023

12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-14/2023 12.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayevin borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı rayon icra və probasiya şöbəsinin icra məmuru İsmayıl Babayevin məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus ünvan 3ində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 saylı icra sənədinə əsasən borcludan cəmi 4880,22 manat məbləğində borc tutularaq Tələbkar QSC-nə, 01 may 2017-ci il tarixli, 3(068)-31/2017 saylı icra sənədinə əsasən isə 50 manat inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra məmurunun icraatına daxil olmuş icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü qaydada 10 (on) gün müddətində təmin edilməsi məqsədilə borcluya bildiriş göndərilmiş, lakin tələbin icrası könüllü qaydada təmin edilməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar verilmiş sorğular nəticəsində Borclu adına ünvan 3ində yerləşən 0,20 ha torpaq sahəsi müəyyən edilmiş, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədilə Xızı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 8(068)-154/2018 saylı qərardadı ilə Borclu məxsus qeyd edilən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. İcraat zamanı icra sənədi tam icra edildiyi üçün 04 avqust 2023-cü il tarixdə Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 saylı icra sənədi üzrə icraata xitam verilmiş, 01 may 2017ci il tarixli, 3(068)-31/2017 saylı icra sənədi isə məhkəməyə geri qaytarılmışdır. Ona görə də, Xızı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 rayonu, Fındığan kəndində yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Tərəflərə və Xızı rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, eləcə də tələbkarın və Xızı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 icra sənədinə əsasən Borclu cəmi 4880,22 manat məbləğində borc tutularaq Tələbkar QSC-nə, 01 may 2017-ci il tarixli, 3(068)-31/2017 saylı icra sənədinə əsasən isə 50 manat inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 8(068)-154/2018 saylı qərardadının surətindən görünür ki, Xızı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, Borclu adına ünvan 3ində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 saylı və 01 may 2017-ci il tarixli, 3(068)-31/2017 saylı icra sənədlərinə əsasən tələb həmin əmlaka yönəldilmişdir. Təqdimata əlavə edilmiş Tələbkar QSC-nin Xızı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan 29 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 saylı icra sənədi tam icra olunmuşdur. Təqdimata əlavə edilmiş Xızı rayon İcra və Probasiya Şöbəsinin 04 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Təqdimata əlavə edilmiş Xızı rayon İcra və Probasiya Şöbəsinin 26 oktyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Xızı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 3(068)-31/2017 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, Xızı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(068)-82/2018 saylı və 01 may 2017-ci il tarixli, 3(068)-31/2017 saylı icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Xızı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 8(068)-154/2018 saylı qərardadı ilə Borclu adına 5 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətdə olan ünvan 3ində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda icra sənədinin biri tələb tam icta olunaraq, borc ödənilmiş, digər icra sənədi isə məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən də, borclunun ünvan 3i ünvanında yerləşən 0,20 ha torpaq sahəsinin üzərində həbsin saxlanmasına yaranmış zərurət aradan qalxmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, hazırda yaranmış zərurət aradan qalxdığından Xızı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Babayevin təqdimatı təmin edilməli, Xızı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 8(068)-154/2018 saylı qərardadına əsasən Borclu adına 5 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətdə olan ünvan 3ində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Xızı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 8(068)-154/2018 saylı qərardadına əsasən Borclu adına 5 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətdə olan ünvan 3ində yerləşən 0,20 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad icra olunması üçün Xızı rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar