Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-16/2025 06.01.2026 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli qətnaməsi üzrə “ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair” ərizəçi Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli məhkəmə aktı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən 450 manat əsas məbləğin indeksləşdirilərək 2019-cu ilin iyul ayından 2025-ci ilin oktyabr ayınadək 149,20 faiz artımını (450 manat x 149,20% = 671,40 manat) nəzərə alaraq, cəmi 1121,40 manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli qətnaməsinə əsasən, borclular Borclu2 və Borclu1 müştərək qaydada cəmi 450 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə aktının qanuni qüvvəsini almasına, həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə aktı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə aktı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə aktı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə aktı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Odur ki, ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Xızı Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(068)-16/2025 nömrəli qərardadı ilə ərizə qismən təmin edilməklə, Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli qətnaməsinə əsasən tutulmalı olan (ödənilməmiş qalan) 120 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək borclular Borclu2 və Borclu1 müştərək qaydada Tələbkar xeyrinə 179,04 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Tələbkar Xızı Rayon Məhkəməsinin sözügedən qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və indeksassiya olunmaya dair ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki halını araşdırmadan, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsaslanaraq, icra sənədi üzrə ödənilmiş məbləği nəzərə alaraq, qalıq məbləğ üzrə indeksasiya aparmışdır. Qeyd edilmişdir ki, Maraqlı şəxs tərəfindən tərtib olunmuş məktubda, Borclu1 pensiyasınından cəmi 330 manat məbləğində borc tutularaq Tələbkar hesabına köçürülməsi qeyd edilsə də, buna təsdiq edən hər hansı sənəd məktuba əlavə edilməmişdir. Belə ki, icra məmuru inkasso sərəncamı tətbiq etsə də, tutulan vəsait onun hesabına mədaxil edilməmişdir. İnkasso sərəncamı ilə tutulmuş məbləği müəyyən etmək üçün, borclunun pensiya kart hesabından çıxarış əldə olunduqdan sonra, tutulan vəsaitin hansı hesaba köçürülməsini müəyyən etmək olardı. Lakin, məhkəmə işin faktiki halını araşdırmadan, icra işi ilə tanış olmadan, bir tək icra şöbəsinin məktubuna əsaslanaraq, ərizəsinin qismən təmin edilməsi barədə qərardad qəbul etmişdir. Xızı Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 8(068)-16/2025 nömrəli qərardadı ilə şikayət qismən təmin edilməklə, Xızı Rayon Məhkəməsinin 18 dekabr 2025ci il tarixli, 8(068)-16/2025 nömrəli qərardadı ləğv edilmiş və ərizə yenidən araşdırılması üçün icraata qaytarılmış, ərizəyə baxılması 06 yanvar 2026-cı il tarixə, saat 12:00-a təyin edilmiş və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bütün zəruri sübutları təqdim etməsini vurğulayıb üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etməklə, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclular Borclu2 və Borclu1, eləcə də, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclular və həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ərizəçinin, borcluların, eləcə də, Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi Tələbkar ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, 02 avqust 2019-cu il tarixdə qanuni qüvvəsini almış Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli məhkəmə əmrindən görünür ki, borclular Borclu2 və Borclu1 müştərək qaydada 280 manat əsas, 140 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 450 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. İşdə olan Maraqlı şəxs 15 dekabr 2025-ci il tarixli, 123152/2019-72-8 nömrəli məktubundan görünür ki, sözügedən icra sənədi üzrə borclular Borclu2 və Borclu1 tərəfindən cəmi 330 manat məbləğində borc tutularaq Tələbkar hesabına ödənilmişdir. İşdə olan Maraqlı şəxs 06 yanvar 2026-cı il tarixli, 123152/2019-72-8 nömrəli məktubundan görünür ki, sözügedən icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə Borclu1 pensiyasına 50 faiz inkasso sərəncamı tətbiq edilmiş və cəmi 330 manat məbləğində borc tutularaq Tələbkar hesabına ödənilmişdir. O cümlədən həmin vəsaitin tələbkarın hesabına köçüb-köçməməsi barədə rəsmi məlumat verilməsindən ötrü tələbkarla əlaqə saxlanılmış və cavab olaraq araşdırılıb qısa müddət ərzində rəsmi məlumat verilməsi bildirilmişdir. İşdə olan Borclu1 pensiya kart hesabından çıxarışdan görünür ki, Maraqlı şəxs inkasso sərəncamına əsasən Borclu1 aldığı pensiya ödənişindən xx.xx.2025-ci il tarixdə 110 manat, xx.xx.2025-ci il tarixdə 110 manat və xx.xx.2025-ci il tarixdə 110 manat olmaqla, cəmi 330 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. O da nəzərə alınmalıdır ki, MPM-nin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Bu Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Həmçinin borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair 17 iyun 2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Mülki Prosessual Məcəllənin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Plenum hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin indeksasiyası qanunun analogiyası üzrə adıçəkilən Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə Mülki Prosessual Məcəllənin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə həmçinin hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornşbi Yunanıstana qarşı” işi üzrə 19 mart 1997-ci il tarixli qərarında göstərilir ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Moroko Rusiyaya qarşı” işində (xx.xx.2008) Tələbkar və borclu arasında yaranan müvafiq hallarda (məhkəmə qərarına əsasən tutulmalı olan müvafiq pul vəsaitinin vaxtında icra edilməməsi hallarında) inflyasiyanın təsirini kompensasiya etmək üçün indeksasiya institutundan istifadə edilir. Belə ki, bu institutun məqsədi ondan ibarətdir ki, vaxtında icra edilməyən pul öhdəliyinin tələbkar üçün yaradılmış mənfi nəticələri aradan qaldırılsın və beləliklə də ədalətli məhkəmə araşdırılması hüququ qorunmuş olsun. İnflyasiya itkilərini effektiv tədbir olan indeksasiyanın köməyi ilə aradan qaldırmaqla bağlı yanaşma Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də tanınır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu icra sənədini hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir. “Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”da hesablamanın nəticəsindən müəyyən edilmişdir ki, 2025-ci ilin oktyabr ayında 2019-cu ilin avqust ayına nisbətən istehlak qiymətləri indeksi 149,20 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 49,2 faiz artmışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqelərdən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarlarının hüquqa zidd şəkildə icra edilməməsi (gecikdirilməsi) ağlabatan müddətlərdə ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi nəzərdən keçirilməlidir. Belə ki, mübahisəni uduzmuş tərəfin məhkəmə qərarını vaxtında icra etməməsi nəticəsində mübahisəni udmuş tərəfin onun üçün yaranmış əlverişli olmayan nəticələrin aradan qaldırılmasına yönəlmiş hüquqi mexanizmlərin mövcud olmaması, sözügedən hüququn tam şəkildə həyata keçirilməsinin qarşısını alır. Belə hallarda məhkəmə qərarı ilə xeyrinə pul tutulmalı olan tərəf üçün meydana gələn neqativ nəticələrdən biri də, sözügedən tutulmalı pul vəsaitlərinin inflyasiya proseslərinin nəticəsində dəyərsizləşməsi çıxış edir. İndeksasiya üçün əsas qismində məhkəmə qərarının faktiki olaraq icra edildiyi günə ödənilmiş vəsaitlərin dəyərsizləşməsi çıxış edir. İndeksasiya zamanı məhkəmə mahiyyəti üzrə hər hansı bir yeni bir akt qəbul etmir, mübahisə tərəfləri arasında hər-hansısa yeni bir hüquq və vəzifələr müəyyən etmir. Ona görə də indeksasiyanın tətbiqi haqqında ərizənin verilməsini tərəflər arasında olan yeni bir iş kimi nəzərdən keçirmək olmaz. Bundan fərqli olaraq isə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti tətbiq edərkən məhkəmə işə iddia icraatında mahiyyəti üzrə baxır, tərəflərin hüquq və vəzifələrini təyin edərək məsuliyyət üçün əsasları müəyyən edir. Nəticədə, belə qənaətə gəlmək olar ki, prosessual (publik) institut olan indeksasiya maddi (xüsusi) institutlardan fərqləndiyinə görə onlar bir-birinə zidd deyillər və onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir-birindən asılı olmadan tətbiq edilməsi istisna edilmir. Bu hallar borcluların hüquqlarını pozan vəziyyət olaraq qələmə verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 232.1-ci maddəsində indeksasiyanın mümkün tətbiqi hallarını məhdudlaşdıran hər-hansısa qayda nəzərdə tutulmamışdır. Həmçinin, bu normada indeksasiyanı tətbiq etmək üçün hər-hansısa konkret üsullara, vasitələrə və onların tətbiqi qaydalarına istinadlar da yer almamışdır. Bu o deməkdir ki, məhkəmələr baxılan konkret işin faktiki hallarından irəli gələrək indeksasiyanın tətbiq edilib-edilməməsi məsələsinə baxmalıdırlar. Əks yanaşma, yəni məhkəmələrin vətəndaşların müvafiq hüquqlarını bloklaşdırması, bununla da indeksasiyanı tətbiq etməkdən imtina etməsi şəxslərin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, borc məbləğinin indeksasiyası zamanı borcluların konstitusion hüquqlarının pozulmasına yol verilməməli və əmlak mənafelərinin qorunması ön planda saxlanılmalıdır. Hazırki ərizə ilə Tələbkar 450 manat məbləğ indeksləşdirilərək 2019-cu ilin iyul ayından - 2025-ci ilin oktyabr ayınadək 149,20 faiz artımını (450 manat x 149,20% = 671,40 manat) nəzərə alaraq, cəmi 1121,40 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərkən, qanuni qüvvəsini almış məhkəmə aktı ilə tutulmalı olan məbləği, yəni 450 manat məhkəmə aktı ilə müəyyən olunmuş pulu 2 (iki) dəfə tələb etmiş olur. Belə ki, Maraqlı şəxs 15 dekabr 2025-ci il tarixli və 06 yanvar 2026-cı il tarixli məktublarından görünür ki, sözügedən icra sənədi üzrə borcun ödənilməsi məqsədi ilə Borclu1 pensiyasına 50 faiz inkasso sərəncamı tətbiq edilmiş və cəmi 330 manat məbləğində borc tutularaq Tələbkar hesabına ödənilmişdir. Belə olan halda isə özlüyündə borcluların əlavə əmlak məsuliyyətinin artmasına səbəb olacaq və ədalətli olmayan şəkildə tələbkarın bir borc məbləğinə münasibətdə 2 dəfədən çox olmaqla əsassız varlanmasına gətirib çıxaracaqdır. Lakin, borc məbləğinin indeksasiyası istehlak qiymətlərinin səviyyəsinin artımına mütənasib olduğundan yalnız həmin məbləğə münasibətdə yaranmış artımın əsasında yaranan məbləğ əsas borc məbləği hesab olunmalıdır. İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorda hesablamanın nəticəsində müəyyən edilmiş 2019-cu ilin iyul ayından 2025-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətlərinin indeksinin 149,20 faiz təşkil etməsi, həmin qiymət səviyyəsinin 49,2 faiz artması kimi qəbul edilməli və Tələbkar tərəfindən ərizə ilə tələb olunan 450 manat məbləğin deyil, borcdan ödənilməmiş qalan 120 manat məbləğin 149,20 faizə nisbəti indeksasiya olunan məbləğ olaraq hesablanmalıdır. Eyni zamanda məhkəmə, tələbkarın şikayətində icra məmuru inkasso sərəncamı tətbiq etsə də, tutulan vəsaitin onun hesabına mədaxil edilməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi cəmi 330 manat məbləğində pul borcludan tutulmuş və tələbkarın hesabına ödənilmişdir. Həmin məbləğin tələbkarın hesabına mədaxil edilməməsi isə borcludan asılı olmayan səbəblərdən ola bilər. Tələbkar bununla bağlı sözügedən məhkəmə aktını icra edən Maraqlı şəxsnə pretenziya edə bilər. Belə ki, Borclu1 pensiya kart hesabından çıxarışdan görünür ki, Maraqlı şəxs inkasso sərəncamına əsasən Borclu1 aldığı pensiya ödənişindən xx.xx.2025-ci il tarixdə 110 manat, xx.xx.2025-ci il tarixdə 110 manat və xx.xx.2025-ci il tarixdə 110 manat olmaqla, cəmi 330 manat məbləğində pul tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, ərizə qismən təmin edilməli, Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli qətnaməsinə əsasən tutulmalı olan 450 manat məbləğdən ödənilməmiş qalan 120 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək borclular Borclu2 və Borclu1 müştərək qaydada Tələbkar xeyrinə 299,04 (120 manatın 149,20 faizi 179,04 manat təşkil edir, 120+179,04=299,04) manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizə qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(068)-75/2019 nömrəli qətnaməsinə əsasən tutulmalı olan (ödənilməmiş qalan) 120 manat məbləğ üzrə indeksasiya həyata keçirilərək borclular Borclu2 və Borclu1 müştərək qaydada Tələbkar xeyrinə 299,04 (iki yüz doxsan doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Ərizə qalan hissədə təmin olunmasın. Qərardadın icrası Maraqlı şəxsnə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilərlər. Sədrlik edən İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №8(068)-16/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-16/2025
06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver