Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-2/2024 17.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli, 2(060)-7264/2015 saylı icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi dair Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babayev İsmayıl Elxan oğlu tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayev təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli, 2(060)-7264/2015 saylı icra sənədinin icra olunması üçün Xızı rayonu, Sitalçay kəndində yaşayan Borclu icra yerinə, Xızı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə və Xızı rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən tərəflərin və Xızı rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimatı nəzərdən keçirməyi mümkün saydı. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, Xızı rayon icra və probasiya şöbəsinin rəisi Samir Osmanov 05 sentyabr 2024-cü il tarixli, 36224/2015-72-8 nömrəli məktubla məhkəməyə müraciət edərək yaranmış zərurətlə əlaqədar təqdimatın baxılmadan geri qaytarılmasınə xahiş etmişdir. Göründüyü kimi, hazırda yuxarıda qeyd edilən icra sənədi üzrə Borclu Xızı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi zərurəti aradan qalxmış, həmçinin Xızı rayon icra və probasiya şöbəsinin rəisi hazırkı təqdimatın baxılmadan qaytarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Xızı rayon icra və probasiya şöbəsinin icra məmuru İsmayıl Babayevin Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli, 2(060)-7264/2015 saylı sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra yerinə, yəni Xızı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatı baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264,268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xızı rayon icra və probasiya şöbəsinin icra məmuru İsmayıl Babayevin Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli, 2(060)-7264/2015 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra yerinə, yəni Xızı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(068)-2/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-2/2024
17.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver