Məhkəmə qərarları › İş №8(068)-20/2022

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-20/2022

07.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-20/2022 07.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayev təqdimatla məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(068)- 21/2022 saylı icra sənədinin icra olunması üçün ünvan 1 ünvanında yaşayan Borclu icra yerinə, Xızı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 25 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, Borclu cəmi 8475,71 manat tələbkar “Tələbkar QSC-nin xeyrinə tutulmasına dair Xızı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(068)-21/2022 saylı icra sənədi icra olunması üçün Xızı rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Borclu icra sənədini icra etməsi üçün rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan borcunu ödəmir və icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırır. Ona görə də, şöbənin icra məmuru təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə və Xızı rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də, Xızı rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, göründüyü kimi, Xızı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(068)- 21/2022 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən 25 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmişdir. Tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, icra məmuru tərəfindən 01 avqust 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul etmiş, qərar İcra və Probasiya şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxs icra məmurunun çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, təqdimat təmin edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Xızı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(068)-21/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Xızı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Xızı rayon İcra və Probasiya şöbəsinə və borclunun olduğu yer üzrə polis şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar