Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-23/2022 17.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Arif oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin rəisi Taleh Bayramovun borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xızı rayon icra və probasiya şöbəsinin rəisi Taleh Bayramov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 saylı icra sənədinə əsasən borcludan cəmi 665,43 manat məbləğində borc tutularaq tələbkar «Unibank” KB ASC-yə ödənilməlidir. İcra məmurunun icraatına daxil olmuş icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü qaydada 10 (on) gün müddətində təmin edilməsi məqsədilə borcluya bildiriş göndərilmiş, lakin tələbin icrası könüllü qaydada təmin edilməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar verilmiş sorğular nəticəsində borclu Hüseynova (Bədəlova) Zəhra Abbas qızının 08 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi müəyyən edilmiş, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədilə Xızı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 8(068)-184/2018 saylı qərardadı ilə Borclu ailə üzvləri ilə birgə məxsus olan qeyd edilən torpaq sahəsindəki payının üzərinə həbs qoyulmuşdur. İcraat zamanı icra sənədləri tam icra edildiyi üçün 25 oktyabr 2022-ci il tarixdə Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də, Xızı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Bayramov borclunun Xızı rayonu, Xızı qəsəbəsində yerləşən torpaq sahəsində olan payının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Tərəflərə və Xızı rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, eləcə də tələbkarın və Xızı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 icra sənədinə əsasən Borclu cəmi 655,43 manat məbləğində borc tutularaq tələbkar «Unibank” KB ASC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 8(068)-184/2018 saylı qərardadının surətindən görünür ki, Xızı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Bayramovun təqdimatı təmin edilərək, borclu Hüseynova (Bədəlova) Zəhra Abbas qızının ailə üzvləri ilə birgə mülkiyyətlərində olan Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindəki payının üzərinə həbs qoyulmuş və Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 saylı icra sənədinə əsasən tələb həmin əmlaka yönəldilmişdir. Təqdimata əlavə edilmiş tələbkar "xxxx" KB ASC-nin Xızı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan 21 sentyabr 2012-ci il tarixli məktubun surətindən görünür ki, Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 saylı icra sənədi tam icra olunmuşdur. Təqdimata əlavə edilmiş Xızı rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, Xızı Rayon Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli, 2(068)-18/2013 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Xızı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 8(068)-184/2018 saylı qərardadı ilə borclu Hüseynova (Bədəlova) Zəhra Abbas qızının adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində olan payının üzərinə həbs qoyulmuşdur. Hazırda tələb tam təmin olunmuş və borc ödənilmişdir. Bu səbəbdən də, borclunun Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində olan payının üzərində həbsin saxlanmasına yaranmış zərurət aradan qalxmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, hazırda yaranmış zərurət aradan qalxdığından Xızı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Bayramovun təqdimatı təmin edilməli, Xızı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 8(068)-184/2018 saylı qərardadına əsasən borclu Hüseynova (Bədəlova) Zəhra Abbas qızının adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində olan payının üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Xızı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 8(068)-184/2018 saylı qərardadına əsasən borclu Hüseynova (Bədəlova) Zəhra Abbas qızının adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində olan payının üzərinə qoyulmuş həbs götürülsün. Qərardad icra olunması üçün Xızı rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №8(068)-23/2022
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-23/2022
17.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver