Məhkəmə qərarları › İş №8(068)-24/2022

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-24/2022

11.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-24/2022 11.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayev təqdimatla məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(068)- 40/2022 nömrəli icra sənədinin icra olunması üçün Xızı rayonu, Tıxlı kəndində yaşayan Borclu icra yerinə, Xızı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 08 aprel 2022-ci il tarixli qərarla icraata başlanılmış, Borclu cəmi 582,65 manat tələbkar "xxxx" KB ASC-nin xeyrinə tutulmasına dair Xızı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(068)-40/2022 nömrəli icra sənədi icra olunması üçün Xızı rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Borclu icra sənədini icra etməsi üçün rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan borcunu ödəmir və icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırır. Ona görə də, şöbənin icra məmuru təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, göründüyü kimi, Xızı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(068)- 40/2022 nömrəli icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən 08 aprel 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmişdir. Tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, icra məmuru tərəfindən 22 avqust 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul etmiş, qərar İcra və Probasiya şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxs icra məmurunun çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, təqdimat təmin edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Xızı rayonu, Tıxlı kəndi ərazisində yaşayan Borclu Xızı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(068)-40/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Xızı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Xızı rayon İcra və Probasiya şöbəsinə və borclunun olduğu yer üzrə polis şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar