Məhkəmə qərarları › İş №8(068)-3/2023

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-3/2023

09.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-3/2023 09.02.2023 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Tələbkar2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(068)-12/2022 və 2(068)-14/2022 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli, 2(001)-4155/2016 saylı icra sənədləri üzrə Borclu məxsus daşınmaz əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xızı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Babayev məhkəməyə təqdimatla müraciət edərək, Xızı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(068)- 12/2022 və 02 fevral 2022-ci il tarixli, 2(068)-14/2022 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(001)-4155/2016 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, Borclu Xızı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(068)-12/2022 saylı icra sənədinə əsasən 3024,12 ABŞ dolları və ödənilmiş 20 manat mələğində dövlət rüsumu, 02 fevral 2022-ci il tarixli, 2(068)-14/2022 saylı icra sənədinə əsasən 1234,05 manat və ödənilmiş 20 manat mələğində dövlət rüsumu Tələbkar1 ASC-yə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli, 2(001)-4155/2016 saylı icra sənədlərinə əsasən 3050 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Tələbkar2 ASC-yə ödənilməlidir. İcra vərəqələrində göstərilən tələbi 10 (on) gün müddətində könüllü olaraq təmin edilməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar verilmiş sorğular nəticəsində borclunun pul vəsaiti aşkar edilməmiş, lakin Borclu adına Xızı rayonu, Altıağac qəsəbəsində 0.07 ha həyətyanı torpaq sahəsi aşkar olunmuşdur. Ona görə də, şöbənin icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus daşınmaz əmlakının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borcluya, digər tələbkara və Xızı rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, eləcə də tələbkarın və Xızı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən Tələbkar2 ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Borclu icra sənədinin icrasını təmin etmir, indiyədək heç bir ödəniş etməmişdir. Dəfələrlə tədbir görülməsinə baxmayaraq borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınır. Tələbkarın nümayəndəsi təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(068)-12/2022 saylı icra sənədinə əsasən 3024,12 ABŞ dolları və ödənilmiş 20 manat mələğində dövlət rüsumu, 02 fevral 2022-ci il tarixli, 2(068)-14/2022 saylı icra sənədinə əsasən 1234,05 manat və ödənilmiş 20 manat mələğində dövlət rüsumu Tələbkar1 ASCyə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli, 2(001)-4155/2016 saylı icra sənədlərinə əsasən 3050 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu isə Tələbkar2 ASC-yə, Borclu tutulub ödənilməlidir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan məlumatdan görünür ki, Borclu adına Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədləri icra olunması üçün Xızı rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra onların icrasının təmin edilməsi məqsədilə müvafiq icra tədbirləri görülmüşdür. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu icra sənədləri üzrə borcunu lazımınca icra etməmiş və hal-hazıradək tələbin icrası üçün heç bir tədbir görməyərək borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında icra sənədlərinin icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Xızı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(068)-12/2022 və 2(068)-14/2022 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli, 2(001)-4155/2016 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikasının MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Xızı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(068)-12/2022 saylı və 02 fevral 2022-ci il tarixli, 2(068)-14/2022 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 2(001)-4155/2016 saylı icra sənədlərinin icrasının təmini məqsədi ilə Borclu məxsus Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Xızı rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar