Məhkəmə qərarları › İş №8(068)-3/2024

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-3/2024

28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-3/2024 28.12.2024 XIZI RAYON MƏHKƏMƏSİ X3 Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı rayon İcra və Probasiya şöbəsinin rəisi Samir Osmanovun borclulara məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xızı rayon icra və probasiya şöbəsinin rəisi Samir Osmanov məhkəməyə təqdimatla müraciət edərək, Borclu1 mülkiyyətində olan, Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu3 3 nəfər ailə üzvü ilə ümumi mülkiyyətində olan, Xızı rayonu Şorabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 hissəsinin, Borclu2 mülkiyyətində olan, Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən 2,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(068)-367/2016 saylı icra sənədinə əsasən borclulardan cəmi 5471 manat məbləğində borc müştərək qaydada tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. İcra məmurunun icraatına daxil olmuş icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü qaydada 10 (on) gün müddətində təmin edilməsi məqsədilə borclulara bildiriş göndərilmiş, lakin tələbin icrası könüllü qaydada təmin edilməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar verilmiş sorğular nəticəsində Borclu3 adına Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsi müəyyən edilmiş, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədilə Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(068)-72/2018 saylı qərardadı ilə Borclu3 məxsus qeyd edilən torpaq sahəsi üzərinə həbs qoyulmuş və xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tələb həmin əmlaklara yönəldilmişdir. Sözügedən məhkəmə əmri Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)- 344/2024 saylı qərardadı ilə ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Bu səbəbdən də, icra sənədi üzrə icraata xitam verilmişdir. Tərəflərə və Xızı rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, eləcə də tələbkarın və Xızı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(068)-367/2016 nömrəli məhkəmə əmrinə əsasən borclular Borclu1, Borclu3 və X1 cəmi 5471 manat məbləğində borc alınaraq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsinə dair məhkəmə əmri verilmişdir. Təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(068)- 72/2018 nömrəli qərardadından görünür ki, Borclu1 adına 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu3 adına 3 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu2 adına 4 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin üzərinə həbs qoyulmuş, Xızı Rayon Məhkəməsinin 2(068)- 367/2016 saylı, 22 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən tələb həmin əmlaka yönəldilmişdir. Təqdimata əlavə edilmiş Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(068)- 344/2024 nömrəli qərardadından görünür ki, Xızı Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(068)-367/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və mülki iş materialları baxılması üçün iddia icraatına keçirilmişdir. Təqdimata əlavə edilmiş Xızı rayon İcra və Probasiya Şöbəsinin 12 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Xızı Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(068)-367/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə müvafiq olaraq, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələblərinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Konstitusiyanın 13 və 29-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iclasında müəyyən edildi ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(068)-367/2016 nömrəli məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədilə Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(068)-72/2028 nömrəli qərardadı ilə Borclu1 adına 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu3 adına 3 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu2 adına 4 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda isə icrası təmin edilməli olan Xızı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(068)-367/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və mülki iş materialları baxılması üçün iddia icraatına keçirilmişdir. Xızı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də, həmin torpaq sahələrinin üzərində həbsin saxlanmasına yaranmış zərurət aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, icrası təmin edilməli olan məhkəmə əmri ləğv edildiyindən və yaranmış zərurət aradan qalxdığından təqdimat təmin edilməli, Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(068)-72/2018 nömrəli qərardadı ilə Borclu1 adına 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu3 adına 3 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu2 adına 4 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(068)-72/2018 saylı qərardadına əsasən Borclu1 adına 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu3 adına 3 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin, Borclu2 adına 4 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 2,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ona aid olan 0,50 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad icra olunması üçün Xızı rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar