Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-8/2022 11.05.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Xızı Rayon Məhkəməsi tərəfindən 2(068)-8/2020 saylı iş üzrə verilmiş 20.02.2020-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xızı Rayon İcra və Probasiya şöbəsinin rəisi Taleh Bayramovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xızı Rayon İcra və Probasiya şöbəsinin rəisi Taleh Bayramov zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədilə təqdimatla məhkəməyə müraciət edərək, Xızı Rayon Məhkəməsi tərəfindən 2(068)-8/2020 saylı iş üzrə verilmiş 20.02.2020-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsi tərəfindən 2(068)- 8/2020 saylı iş üzrə verilmiş 20.02.2020-ci il tarixli icra sənədi üzrə Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 21.02.2020-ci il tarixdə Xızı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğulara göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab olunur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxılması 11 may 2022-ci il tarixə, saat 10:40-a təyin olunmuşdur. İcra sənədi üzrə tərəflərə və Xızı Rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, lakin tərəflər və Xızı Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır (231.3.). Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, əlavə olaraq borclu öz izahatında borcu ödəyəcəyini bildirsə də, ötən müddət ərzində icra sənədi üzrə borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. Göründüyü kimi icra məmuru bütün zəruri icra hərəkətlərini həyata keçirsə də, borcun ödənilməsi ilə bağlı heç bir nəticə əldə olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Xızı Rayon Məhkəməsi tərəfindən 2(068)-8/2020 saylı iş üzrə verilmiş 20.02.2020-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №8(068)-8/2022
Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-8/2022
11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver