Məhkəmə qərarları › İş №8(068)-9/2022

Xızı Rayon Məhkəməsi Qərardad — İş №8(068)-9/2022

20.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 8(068)-9/2022 20.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin Maraqlı şəxs 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar icraya yönəldilməsi barədə ərizəsinə (şikayətə) baxaraq, müəyyən etdi: Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 1031,98 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş və həmin məhkəmə aktı icra edilməsi üçün 11 iyun 2020-ci il tarixində Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs rəisi Taleh Bayramovun 04 aprel 2022-ci il tarixli qərarı ilə bu icra sənədi “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC ərizə (şikayət) ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı icra sənədi “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Lakin, geri qaytarma sənədinə baxış zamanı tərtib edilmiş aktda ziddiyyət müəyyən edilmişdir. Belə ki, 11 mart 2022-ci il tarixli “borclunun yönəldilə biləcəyi əmlakın olmaması” haqqında aktın 2-ci bəndində Borclu həmin ünvanda yaşamaması və tələbin yönəldilməsi üçün əmlakın olmaması qeyd edilmiş, lakin aktı imzalayan şəxslərin imza sırasında Borclu akta imza çəkməsi aktın doğruluğunu şübhə yaradır. Bundan başqa İcranın məsul şəxsi tərəfindən borclunun axtarışı istiqamətində növbəti tədbrlər görülməmişdir (əvvəl axtarış barədə qərar qəbul edilmiş, lakin xatırlatma aparılmamışdır). Odur ki, qeyd olunlara və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı icra vərəqəsi üzrə Maraqlı şəxs icra sənədinin məhkəməyə geri qaytarılması haqqında 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra işinin təkrar Maraqlı şəxsnə yönəldilməsini məhkəmədən xahiş etmişlər. Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı ilə Maraqlı şəxs 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Tələbkar "xxxx" ASC Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)- 9/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, icra sənədinin təkrar Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 8(105)-79/2022 saylı qərardadı ilə Tələbkar "xxxx" ASC-nin şikayəti qismən təmin edilmiş, Xızı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 8(068)-9/2022 saylı qərardadı qərardadı ləğv edilmiş, Maraqlı şəxs 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar icraya yönəldilməsi barədə tələbkar "xxxx" ASC-nin ərizəsi yenidən müzakirə edilməsi üçün Xızı Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkara, borcluya və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə borclunun, tələbkarın və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.2 və 9.1 maddələri). Həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinin İ cümləsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqanlara qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin, icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün 8 zəruri tədbirlər həyata keçirilməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən icra sənədinin icrası üçün davamlı tədbirlər görülməmiş, icra sənədinin icrasını mümkünsüz edən halların mövcudluğu araşdırılmamış, qanuni qüvvəsini almış məhkəmə aktı üzrə verilmiş icra sənədinin icrası təmin olunmadan icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılmışdır. İş materiallarından göründüyü kimi icra sənədinin məhkəməyə geri qaytarılmasına əsas kimi borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilməsi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmaması və xx.xx.2022-ci il tarixdə akt tərtib edilməsi əsas olmuşdur. Qeyd edilən hal, eləcə də tərtib edilmiş akt tələbkar tərəfindən mübahisələndirilmiş, aktın imzalar bölməsindəki 3-cü qrafada borclu qarşısında Borclu yazılaraq imzalanmasının aktın doğruluğuna şübhə yaratdığı bildirilmişdir. Belə ki, akta əsasən borclunun Xızı rayonu, Şuraabad qəsəbəsində yaşamaması və tələbin yönələ biləcəyi əmlakın olmaması barədə akta borcunun özü tərəfindən imza edilməsi aktın doğruluğunu şübhə altına alır. Avropa Məhkəməsi bir çox qərarlarında (məsələn, Brumareski Ruminyaya qarşı) belə bir hüquqi mövqedən çıxış edərək qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə baxışı hüququnu müəyyən edir. Lakin, dövlətin hüquq sistemi məcburi qüvvəyə malik olan məhkəmə qərarının tərəflərədən birinin ziyanına fəaliyyətsiz qalmasına yol verirsə, onda bu hüquq xəyali xarakter daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs rəisi Taleh Bayramovun 04 aprel 2022-ci il qərarı ləğv edilməli, Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı məhkəmə aktının icrası təmin edilmədiyindən təkrarən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Maraqlı şəxs rəisi Taleh Bayramovun 04 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. Xızı Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2(068)-69/2020 saylı məhkəmə aktının icrası təmin edilmədiyindən təkrarən icraya yönəldilsin. Qərardaddan 10 gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar