Məhkəmə qərarları › İş №8(070)-10/2023

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-10/2023

24.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-10/2023 24.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Çingiz oğlunun sədrliyi, Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək borclu Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-236/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizə təqdim edərək tərəfindən verilmiş ilkin ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə hazırkı işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Borclu izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263- 264, 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Borclu ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar