Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-11/2024 15.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru Adil Şamilov təqdimatla məhkəməyə müraciət edərək, Xocalı Rayon Məhkəməsinin 2(070)-255/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu1 məxsus “VAZ 2115” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)- 255/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu2 və zamin Borclu1 9936.94 manat məbləğində pul vəsaiti müştərək qaydada kreditor LPO Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icraata müvafiq olaraq xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borcluya xəbərdarlıq məktubu göndərilərək tələbin yerinə yetirilməsi və bu barədə şöbəyə məlumat verilməsi tələb olunmuşdur. Lakin borclular Borclu2 və Borclu1 heç bir ödəniş etməmiş və icra sənədinin icrasını təmin etməmişlər. Xocalı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatın məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdimatdan və əlavə edilmiş sənədlərdən görünür ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş və Xocalı şəhərində qeydiyyatda olan Borclu2, xx.xx.1992-ci ildə Ağcabədi rayonu, Kürdlər kəndində anadan olmuş və Xocalı şəhərində qeydiyyatda olan zamin Borclu1 müştərək qaydada 18 iyul 2019-cu il tarixli ***- *******FİMSA(B)180719-01 nömrəli krediti müqaviləsi üzrə 9,774.77 manat əsas borc, 132.17 manat faiz borcu, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 9,936 manat 94 qəpik LPO Tələbkar ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi icra olunması üçün Xocalı rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddətinə vaxt verilmiş, bu barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan məlum olmuşdur ki, “VAZ 2115” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu1 mülkiyyətindədir. “İcra haqqında” Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən borclu məhkəmənin icra sənədi üzrə borclarını ona verilmiş müddət ərzində könüllü ödəmədikdə, məcburi icra tədbiri kimi tutma borclunun əmlakına yönəldilməklə, əmlakın üzərinə həbs qoyula, götürülə və satıla bilər. Bunun üçün icraçı borclunun əmlakını hərracda satmaq üçün həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verməli və məhkəmənin qərarını aldıqdan sonra həbs qoyma və hərracla bağlı hərəkətləri həyata keçirməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu1 məxsus “VAZ 2115” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Xocalı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xocalı Rayon Məhkəməsinə şikayət verə bilərlər. X5
Məhkəmə qərarları › İş №8(070)-11/2024
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-11/2024
15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver