Məhkəmə qərarları › İş №8(070)-19/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-19/2025

18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-19/2025 18.12.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Tələbkar Məmmədli (Abdullayeva) Asya Rüzgar qızının, Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Tələbkar Məmmədli (Abdullayeva) Asya Rüzgar qızının “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Məmmədli (Abdullayeva) Asya Rüzgar qızı ərizə ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(070)-42/2018 nömrəli qətnaməsinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(070)-42/2018 nömrəli qətnaməsinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almaqla xx.xx.2019-cu ildən icraya yönəldilmiş və icra işi açılmaqla hazırda Maraqlı şəxs icraatındadır. Xocalı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(070)-42/2018 nömrəli qətnaməsi çıxarılarkən ölkə üzrə yaşayış minimumu 90 manat olmuş, hazırda isə 2025-ci il üzrə yaşayış minimumu 285 manat təşkil edir. Ona görə də Xocalı Rayon Məhkəməsinin 02 mart 2018ci il tarixli, 2(070)-42/2018 nömrəli qətnaməsilə təyin olunmuş alimentin məbləği 2025-ci il üzrə yaşayış minimumuna uyğun indeksasiya edilməlidir. Məhkəmə iclasında tələbkar Məmmədli (Abdullayeva) Asya Rüzgar qızı ərizənin məzmununa uyğun izahat verdi və əalvə olaraq bildirdi ki, borclu alimenti vaxtı-vaxtında ödəmir. Hətta borclu uşaqları ilə də görüşmür. Yekunda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu nümayəndəsi Nümayəndə bildirdi ki, borclu onun qardaşıdır. Qardaşı alimenti vaxtı-vaxtında ödəmək istəyir və bu səbəbdən tələbkarın bank hesabını öyrənmək üçün icra məmuruna müraciət etmişdir. Lakin tələbkar bank hesabını təqdim etməmişdir. Hazırda qardaşı "xxxx" MMC-də fəhlə işləyir və 400 manat əmək haqqı alır. Həmin sənədi məhkəməyə təqdim etmişdir. Ərizənin təmin edilməsi alimentin artmasına səbəb olacaqdır. Buna görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.2-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Xocalı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(070)-42/208 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Borclu X2 xeyrinə əvvəlki qətnamə üzrə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək azaldılması və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Borclu xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, iki uşaq üçün cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, Borclu "xxxx" MMC-də fəhlə işləyir və onun əmək haqqı 400 manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Xocalı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(070)-42/2018 nömrəli qətnaməsi əsasında Borclu xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmaqdadır. Həmin məbləğ müəyyən edilərkən isə, yəni 2018-ci il yanvarın 1-dən Azərbaycan Respublikasında minimum əmək haqqı 130 manat həddində müəyyən edilmişdir. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli, 3545 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən minimum aylıq əmək haqqının məbləği 2018ci ilin yanvarın 1-dən 130 manat müəyyən edilmişdir (sözügedən sərəncamın 1-ci hissəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli, 937 nömrəli Sərəncamına əsasən ləğv edilmişdir). Odur ki, bir uşaq üçün müəyyən edilmiş 90 manat sabit pul məbləğində aliment 2018-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,69 mislini təşkil etmişdir. Beləliklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunmalı, indeksasiya olunmuş məbləğin tutulmasına qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(070)-42/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya olunsun. Qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Məmmədli (Abdullayeva) Asya Rüzgar qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar