Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-2/2025 08.04.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Xocalı Rayon Məhkəməsinin 2(070)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(070)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, XTA**********882 BAN nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan görünür ki, Xocalı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(070)- 139/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 59889.71 ABŞ dolları ödəniş günü məzənnə üzrə manatla "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Eyni iş üzrə Xocalı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(070)-172/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla Borclu adına “VAZ 2106” minik markalı, qırmızı rəngli, 1984-cü ildə buraxılmış, XTA21060E1032825 BAN nömrəli minik avtomobilinin, “VAZ 2106” markalı, açıq yaşıl rəngli, 1981-ci ildə buraxılmış, ******* BAN nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, XTA**********882 BAN nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin özgəninkiləşdirilməsi Borclu qadağan edilmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" ASC xx.xx.2025-ci il tarixli məktubla şöbəyə müraciət edərək Xocalı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(070)-172/2020 saylı, xx.xx.2020-cü il tarixli qərardada əsasən üzərinə həbs qoyulmuş “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001ci ildə buraxılmış, XTA**********882 BAN nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin hazırda X4 tərəfindən idarə olunduğunu və həmin şəxsin qardaşı X1 | Qarabağ müharibəsində şəhid olması, eləcə də oğlu X6 İİ Qarabağ müharibəsində 1-ci dərəcə əlillik almasını bildirərək avtomobil üzərindən həbsin götürülməsini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq təqdimat vermiş şəxs, borclu və tələbkar (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 8(070)-2/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə təqdimat vermiş şəxsin, borclunun və tələbkarın (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Xocalı Rayon Məhkəməsinin 2(070)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, “VAZ 2106” markalı, qırmızı rəngli, 1984-cü ildə buraxılmış, XTA21060E1032825 Ban nömrəli minik avtomobilinin, “VAZ 2106” markalı, açıq yaşıl rəngli, 1981-ci ildə buraxılmış, ******* Ban nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, XTA**********882 Ban nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin özgəninkiləşdirilməsi cavabdeh Borclu qadağan edilmişdir; Xocalı Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(070)- 139/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2015-ci il tarixli, **********76815 nömrəli kredit müqaviləsi üzrə 59889,71 (əlli doqquz min səkkiz yüz səksən doqquz ABŞ dolları yetmiş bir sent) ödəniş günü məzənnə üzrə manatla "xxxx" ASC-nin xeyrinə tutulmalıdır; "xxxx" ASC tərəfindən Yevlax rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, BO-XO-18.3.2025-002 nömrəli məktubdan görünür ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-139/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 63050,56 ABŞ dolları məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra icraatı zamanı borclunun adına aşkar edilmiş və Xocalı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş “VAZ 2106” markalı, qırmızı rəngli, 1984-cü ildə buraxılmış avtomobil, “VAZ 2106” markalı, açıq yaşıl rəngli, 1981-ci ildə buraxılmış, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində müvafiq icra tədbirləri görülmüşdür. Aparılmış araşdırma nəticəsində “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda X4 tərəfindən idarə olunduğu aşkar edilmişdir. X2 qardaşı X1 | Qarabağ müharibəsində şəhid olması, eləcə də oğlu X6 İİ Qarabağ müharibəsində iştirak edərək 1-ci dərəcə əlillik alması səbəbindən "xxxx" ASCnin rəhbərliyi tərəfindən həmin avtomobilə tutma yönəldilməməsi qərara alınmışdır. Odur ki, “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən qadağanın götürülməsi üçün müvafiq prosessual addımlar atılması xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “VAZ 21070” markalı, bənövşəyi rəngli, 2001-ci ildə buraxılmış, XTA**********882 Ban nömrəli, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin özgəninkiləşdirilməsi Borclu qadağan edilmişdir. Hazırda tələbkar "xxxx" ASC tələbin həmin əmlaka yönəldilməməsini, sözügedən avtomobilə qoyulmuş qadağanın götürülməsini xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43, 44, 45 və 50-ci maddələrinin tələblərinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Beləliklə, məhkəmə hesab edir ki, tələbkar "xxxx" ASC tələbin həmin əmlaka yönəldilməməsini xahiş etdiyindən təqdimat təmin edilməli, Xocalı Rayon Məhkəməsinin 2(070)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “VAZ 21070” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (bənövşəyi rəngli, buraxılış ili 2001, BAN nömrəsi XTA**********882) üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 2(070)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “VAZ 21070” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (bənövşəyi rəngli, buraxılış ili 2001, BAN nömrəsi XTA**********882) üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yevlax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(070)-2/2025
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-2/2025
08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver