Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-5/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, Xocalı rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Adil Şamilovun Borclu məcburi gətirilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Xocalı rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Adil Şamilov məhkəməyə təqdimat verərək Borclu məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanaək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti birldirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. İcraata başlamaq haqqında qərarın surətini və bildirişi poçt borclunun köçdüyünü əsas gətirərək şöbəyə geri qaytarmışdır. Lakin borclu axtarış vasitəsilə şöbəyə gətirilmiş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çox saylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Borclu və Xocalı rayon icra və probasiya şöbəsi xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Xocalı rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tələbkar X1 xeyrinə tutulmalıdır. Xocalı rayon icra və probasiya şöbəsinin 74789/2023-80-5 №-li, xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu ünvanına bildiriş göndərilmişdir. Xocalı rayon icra və probasiya şöbəsinin 74789/2023-80-5 №-li, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, Borclu icra şəbəsinə dəvət edilmişdir. İcra işinin icrası ilə əlaqədar olaraq Borclu tələbin icra edilməsi üçün dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, Xocalı rayon icra şöbəsinə çağırılmasına baxmayaraq o, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməyərək icra sənədi üzrə olan tələbin icrasını təmin etməkdən və Xocalı Rayon İcra Şöbəsinin çağırışına gəlməkdən boyun qaçırmışdır. Belə olan halda Borclu Xocalı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirmə tətbiq olunur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2ci maddəsini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Təqdimat təmin edilsin. Borclu Xocalı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Xocalı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №8(070)-5/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-5/2023
11.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver