Məhkəmə qərarları › İş №8(070)-5/2024

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-5/2024

24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-5/2024 24.04.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Borclu nümayəndəsi X1, Maraqlı şəxs icra məmuru X2 iştirakı ilə, Borclu Xocalı Rayon Məhkəməsinin 2(070)-30/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin 2(070)- 30/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə, yəni hər ay 50 manat ödəməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu Etibar oğlundan cəmi 5067.7 manat və 70.68 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. Hal-hazırda heç-bir yerdə işləmir. Maddi durumu çox ağırdır. Yalnız 60 manat yemək xərci müavinəti alır. İcra məmuru onu borcunu ödəməyə məcbur edir. Əks halda onun məsuliyyətə cəlb olunacağını bildirir. Onun isə bu ağır durumda həmin məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Borclu nümayəndəsi X3 ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Borclu onun oğludur. O, şəhid ailəsi üzvüdür. Belə ki, onun digər oğlu İİ Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs icra məmuru X4 bildirdi ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 3800 manat əsas, 1257.7 manat faiz, 10 manat cərimə, cəmi 5067.7 manat borc və 70.68 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Lakin, bugünədək Borclu tərəfindən ödəniş edilməmişdir. Yekunda qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırkı işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Xocalı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(070)-30/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Borclu 3800 manat əsas, 1257.7 manat faiz, 10 manat cərimə, cəmi 5067.7 manat borc və 70.68 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır; Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.1-ci maddəsinə əsasən hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrası mümkündür, borcluya məxsus digər əmlak mövcud deyil, həmçinin qətnamənin hissə-hissə icra edilməsi tələbkarın da mənafeyini pozmur. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 2(070)-30/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi üzrə tutulmalı olan borcun məbləği hissə-hissə hər ay 50 (əlli) manat olmaqla Borclu tutularaq tələbkar "xxxx" KB ASC-yə verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar