Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-6/2024 01.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Xocalı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Goranboy Rayon Notariat Kontoru tərəfindən verilmiş 8İ-3335 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Goranboy Rayon Notariat Kontoru tərəfindən verilmiş 8İ-3335 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə anadan olmuş, Xocalı şəhərində qeydiyyatda olan və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Borclu 962.68 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "Kapital Bank” ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Xocalı rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara “Elektron İcra” sistemi vasitəsilə sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Xocalı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatın məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu və tələbkar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, həmin şəxslərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy Rayon Notariat Kontorunun 8İ-3335 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Borclu 962.68 manat vəsait və 25 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbayan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun tələbindən göründüyü kimi borclunun ölkədən getmək hüququnun icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında qəbul edilə bilər. Hazırkı iş üzrə icraatın başlanmasına notariat kontoru tərəfindən verilmiş icra qeydi əsas olmuşdur ki, bunun əsasında borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(070)-6/2024
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-6/2024
01.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver