Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(070)-7/2023 03.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X3 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Tələbkar icra məmuru X1 iştirakı ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar icra məmuru X2 məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Xocalı Rayon Məhkəməsinin 2(070)-90/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Xocalı şəhərində rəsmi qeydiyyatda olan və Goranboy rayonunun, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Borclu 3988,95 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə Tələbkarnə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyəti “Elektron İcra” informasiya sistemi vasitəsilə yoxlanılmış, borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş edilir. Tələbkar icra məmuru Adil Şamilov təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Borclu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, borclu, icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra etmir. Bu səbəbdən təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu ölkədən getmək hüququ Xocalı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(070)- 90/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi verildiyi gündən 10 (on) gün müddətinə Xocalı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №8(070)-7/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(070)-7/2023
03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver